• Rus Dili
  • Reklam
    » » Səfər Əbiyevin müavininin məhkəməsi təxirə salınıb
    

    Səfər Əbiyevin müavininin məhkəməsi təxirə salınıb

    5-02-2016, 11:16
    Oxunub: 551
    Şərhlər: 0
    Çap versiyası
    Səfər Əbiyevin müavininin məhkəməsi təxirə salınıb
    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə təqsirləndirilən Azərbaycanın müdafiə nazirinin keçmiş müavini polkovnik Mehman Səlimovun cinayət işi üzrə növbəti məhkəmə prosesi təxirə salınıb.
    "Report"un məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilməli olan prosesin təxirə salınmasına səbəb M.Səlimovun müdafiəçilərinin iclasda iştirak etməməsi olub.
    Məhkəmənin növbəti prosesi fevralın 12-nə təyin edilib.
    Qeyd edək ki, M.Səlimov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunur. M.Səlimov 1995-1999-cu illərdə Azərbaycan müdafiə naziri Səfər Əbiyevin siyasi və ictimai işlər üzrə müavini olub.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.