• Rus Dili
  • Reklam
    » » Arda Turan cəzalandırıldı
    

    Arda Turan cəzalandırıldı

    24-03-2016, 16:51
    Oxunub: 555
    Şərhlər: 0
    Çap versiyası
    Arda Turan cəzalandırıldı"Barselona" klubunun futbolçusu Arda Turan məşqə gecikdiyi üçün rəhbərlik tərəfindən cəzalandırılıb. Teleqraf.com xəbər verir ki, türkiyəli yarımmüdafiəçi Kataloniya klubunun ən çox cəza alan 4-cü futbolçusudur. Belə ki, "Barselona"da təlim-məşq toplantısına gecikən futbolçulara 200 avro pul cəzası verilir. İkinci dəfə gecikəndə bunun iki qatı yəni 400 avro, daha sonra isə 800 avro və s. cəza verilir. Oyuna gecikəndə isə cəza daha ağır olur. Belə ki, oyuna gecikməyin cəzası 400 avrodan başlayır. Futbolçular təlim-məşq toplantısına 1 saat, oyuna isə 1 saat yarım qalmış gəlməlidirlər. Yığılan cərimənin pulu xeyriyyə məqsədilə işlədilir. Bu mövsüm ən çox cəza alan futbolçular bunlardır:
    Xerard Pike: 6200 avro
    Neymar: 1200 avro
    Adriano: 1000 avro
    Arda Turan: 600 avroскачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.