• Rus Dili
  • Reklam
    » » Bukmeker kontoru “Eurovision-2016” ilə bağlı Azərbaycanın əmsalını yüksəldib
    

    Bukmeker kontoru “Eurovision-2016” ilə bağlı Azərbaycanın əmsalını yüksəldib

    21-03-2016, 23:53
    Oxunub: 543
    Şərhlər: 0
    Çap versiyası
    Bukmeker kontoru “Eurovision-2016” ilə bağlı Azərbaycanın əmsalını yüksəldib
    Bakı. Fərid Mirzəyev - APA. “Eurovision-2016” mahnı müsabiqəsində iştirak edəcək ölkələrə pul qoyuluşu qəbul edən Böyük Britaniyanın nüfuzlu “William Hill” bukmeker kontorunun mövcud əmsallarında dəyişiklik olub.

    APA-nın “William Hill”in saytına istinadən verdiyi xəbərə görə, “Eurovision-2016” mahnı müsabiqəsini qazanmağa ən şanslı namizəd kimi Rusiya təmsilçisi (3.00 əmsalla) ilk pilləni qoruyub.

    Rusiya nümayəndəsinə pul qoyan şəxslər ifaçı qalib gələcəyi təqdirdə, hər dollara görə 3 dollar qazanacaqlar.

    İkinci pillədə qərarlaşan İsveçin əmsalı 4.00-dan 5.50-yə yüksəlib. Üçüncü pillədə isə 9.00 əmsalla Malta qərarlaşıb. Xorvatiyanın əmsalı 9.00-dan 10.00-a, Avstraliyanın əmsalı 10.00-dan 11.00-ə qalxıb. Latviyanın əmsalı isə 17.00-dan 15.00-ə enib.

    Azərbaycanın əmsalı 21.00-dan 26.00-a yüksəlib. Azərbaycanı müsabiqədə Səmra Rəhimli təmsil edəcək. O, “Miracle” (“Möcüzə”)” mahnısını ifa edəcək.

    Qeyd edək ki, builki yarışın birinci yarımfinalı 10 may, ikinci yarımfinal 12 may, final isə 14 mayda İsveçin paytaxtı Stokholmda keçiriləcək. Azərbaycan birinci yarımfinalda çıxış edəcək.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.