• Rus Dili
  • Reklam
    » » Avropa İttifaqı ilə Türkiyə arasında viza rejimi iyulun 1-dən ləğv ediləcək
    

    Avropa İttifaqı ilə Türkiyə arasında viza rejimi iyulun 1-dən ləğv ediləcək

    21-03-2016, 23:03
    Oxunub: 600
    Şərhlər: 0
    Çap versiyası
    Avropa İttifaqı ilə Türkiyə arasında viza rejimi iyulun 1-dən ləğv ediləcəkTürkiyə ilə Avropa İttifaqı (Aİ) arasında viza rejiminin aradan qaldırılmasına dair qərar bu il iyulun 1-dən qüvvəyə minəcək.

    APA-nın məlumatına görə, bu barədə "Bloomberg" agentliyinə açıqlamasında Türkiyə Xarici İşlər Nazirliyinin adının açıqlanmasını istəməyən yüksək vəzifəli əməkdaşı bildirib.

    Qeyd edək ki, bir neçə gün əvvəl Brüsseldə keçirilən Aİ-Türkiyə sammitindən sonra Türkiyənin baş naziri Əhməd Davudoğlu viza rejiminin iyunun sonunadək ləğv ediləcəyi barədə açıqlama vermişdi.

    "İyunun sonunadək, Niderlandın sədrliyinin başa çatmasınadək, viza rejiminin ləğvi üzrə proses bitəcək", - deyə Ə. Davudoğlu bildirmişdi.

    Bununla belə, Fransa prezidenti Fransua Olland qeyd etmişdi ki, qərarın qəbul olunması Türkiyənin Aİ tərəfindən irəli sürdüyü 72 öhdəliyin yerinə yetirilməsindən asılıdır.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.