Davudoğlu: “Türkiyə terrorçuluğa qarşı qətiyyətli mübarizəni davam etdirəcək”![]() Türkiyənin baş naziri Əhməd Davudoğlu bildirib ki, İstanbulda törədilən partlayışın qurbanlarının əksəriyyəti xarici ölkələrin vətəndaşlarıdır. “Terror aktı nəticəsində ölənlərin əksəriyyəti əcnəbidir. İstintaq davam etdirilir, yaxın zamanda bunun üstü açılacaq. Terrorçu-kamikadzelərin bu cür hücumları Türkiyənin terrorla mübarizədəki mövqeyinin nə qədər düzgün olduğunu göstərir. Terrorçular bu cür hücumlarla məqsədlərinə çatmayacaqlar, biz terrorçuluğa qarşı qətiyyətli mübarizəmizi davam etdirəcəyik”, - deyə Əhməd Davudoğlunun yazılı bəyanatında bildirilir. Qeyd edək ki, İstanbulda baş vermiş partlayış nəticəsində 5 nəfər ölüb, 36 nəfər yaralanıb.
<
Məqalənin reytinqi:
|
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.