Muhəribə başlayır ?![]() Rusiyanın Türkiyə sərhədini nəzarətə almaq istəməsi, PYD-yə verdiyi dəstək, Türkmən dağında İŞİD-i vurmaq bəhanəsi ilə mülki əhalini öldürməsi Ankaranın etirazlarına səbəb olur. Avropa.info xəbər verir ki, İngiltərənin "Times" qəzeti Suriyada Rusiya və Türkiyə arasında müharibənin başlana biləcəyini yazıb. Qəzet iddia edib ki, Rusiyanın Türkiyə sərhədində bombardımanlar həyata keçirməsi, rəsmi Ankaranın isə sərhədboyu xəttini minalardan təmizləməsi və sərhədə əsgər yığması hərbi əməliyyatların başlayacağından xəbər verir. Son olaraq Rusiyanın Qamışlıda hərbi baza yaratması və 200 nəfər hərbçini sərhədə yerləşdirməsi, iki ölkə arasında səslənən qarşılıqlı bəyanatların Suriyada yeni müharibənin başlaya bilməsi ehtimalından xəbər verir. Qəzet hər iki ölkənin Suriya sərhədində öz mövcudiyyətini gücləndirdiyini diqqətə çatdırıb. “Türkiyə İŞİD nəzarətindəki Cerablusa yaxın ərazidə, sərhədin öz tərəfində yerləşən hissəsini minalardan təmizləməyə başlayıb. Bu Türkiyənin quru əməliyyatına başlaya biləcəyinə dair bir siqnaldır. Kreml də PKK-ya yaxın qüvvələrlə yaxınlaşır. Bu həftə rusiyalı zabitlər ölkənin şimal-şərqində yerləşən, Türkiyənin burnunun dibindəki Cerablusa qarşı əməliyyat keçirməyi planlaşdırmaq üçün PKK-nın Suriya qolunun nümayəndələrlə bir araya gəldi. Rusiya PYD-nin nəzarətində olan, hərbi aviabaza tikdiyi Qamışlıya 200 əsgər yerləşdirdi. Türkiyə ilə Rusiya arasında sərt söz dueli cərəyan edir. Prezident Ərdoğan keçən həftə ABŞ vitse-prezidenti Co Baydenlə görüşdə Rusiyanın Qamışlıda əsgər yerləşdirməsinə cavabsız qalmayacaqlarını deyib. Çərşənbə axşamı isə Kreml Türkiyəyə cavab verdi və Ankaranın Suriya sərhədində böyük əsgəri qüvvə topladığını diqqətə çatdırdı. Şərq və qərbdəki torpaqları bir-birinə bağlamağa çalışan və haradasa bütün sərhəd xətti boyu uzanacaq ərazi formalaşdırmağa cəhd edən PKK-nın Suriya qolu YPG, Cerablusu ilk dəfə keçən yay hədəfə götürmüşdü. İndi belə bir zona yarada bilmələri üçün ruslar kürdlərə fəal şəkildə dəstək verirlər. Bu strategiya Ankaranı hərəkətə keçirib. YPG PKK-nın bir qoludur. Cerablusa girəcəyi halda YPG-nin Türkiyənin qoyduğu “qırmızı xətt”i keçəcəyini Ərdoğan dəfələrlə təkrarlayıb" deyə qəzet yazır. Atlantik Araşdırma Mərkəzinin analitiki Aron Steyn deyib ki, Rusiyanın türk maraqlarına zərbə vurması faktına şübhə yoxdur. "Rusiya türklərə PKK arasında gərginlikdən istifadə edir. ABŞ isə Rusiya və Əsəd rejimi ilə çox taktikalı davranır. PKK öz vaxtlarının gəldiyini sanır və müharibəni siyasi proqramlarını irəli aparmaq üçün istifadə etməyi düşünürlər." Qəzet daha sonra yazır ki, PKK-nın Cerablusa gözünü dikməsi ABŞ-ı da narahat edir. "Çünki, ABŞ YPG-ni İŞİD-in qalası sayılan Raqqadan çıxarmaq üçün həyata keçiriləcək quru əməliyyatında istifadə etmək istəyir. Keçən həftə Raqqa cəbhəsində YPG-nin itkiləri azalarkən, Cerablus bölgəsində artıb. Bu fakt kürdlərin Cerablus istiqamətində hərəkət etmək istəyinin başqa bir işarətidir”. Qəzet daha sonra, PKK-nın Suriya qolu PYD lideri Salih Müslümdən açıqlama alıb. Müslim deyib ki, Raqqaya effektli hücumun təşkil olunması üçün YPG-nin gücündən daha artıq, kürd olmayan müttəfiqlərə ehtiyac var. "Raqqa əhalisinin əksəriyyətini ərəblərin təşkil etdiyi şəhərdir və böyük ehtimalla kürd gücünə qarşı müqavimət göstərəcəklər. Həm Raqqaya, həm Cerablusa girməyə hazırıq. İŞİD-in olduğu hər yeri hədəf götürəcəyik. Amma Raqqa əməliyyatında ərəb müttəfiqlərimiz sayı daha çox olmalıdır. Daha əvvəl hansı şəhərə girəcəyimizi isə şərtlər müəyyən edəcək" deyə Müslim bildirib.
<
Məqalənin reytinqi:
|
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.