• Rus Dili
  • Reklam
    » » Ağır qəza nəticəsində yol təsərrüfatına ciddi ziyan dəyib FOTOLAR
    

    Ağır qəza nəticəsində yol təsərrüfatına ciddi ziyan dəyib FOTOLAR

    12-03-2016, 15:09
    Oxunub: 643
    Şərhlər: 0
    Çap versiyası
    Ağır qəza nəticəsində yol təsərrüfatına ciddi ziyan dəyib FOTOLAR
    Bu gün səhər saatlarında Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 88-ci kilometrliyində, Hacıqabul rayonunun Qızılburun kəndi ərazisində baş vermiş ağır avtomobil qəzası nəticəsində yol təsərrüfatına ciddi ziyan dəyib.
    “Azəravtoyol” ASC-dən SİA-ya verilən məlumata görə, “Kamaz” markalı 22 BC 360 dövlət nömrə nişanlı qoşqulu yük maşını yol ayrıcında olan əyri-xətli dəmir tirləri dağıdaraq, aşıb. Qəza zamanı 140 paqon metrə yaxın dəmir arakəsmə sıradan çıxıb və bununla da dövlət büdcəsinə ilkin hesablamalara əsasən 9 min manata yaxın ziyan dəyib.

    Dəymiş ziyanla bağlı fakt aktlaşdırılaraq, aidiyyatı üzrə göndərilib. Hazırda qəzanın fəsadları “Azəravtoyol” ASC-nin əməkdaşları tərəfindən aradan qaldırılır.

    Qeyd edək ki, baş vermiş ağır qəza zamanı yük maşınında olan sərnişin 1988-ci il təvəllüdlü Hüseynov Elvin Rabit oğlu dünyasını dəyişib. Sürücü Goranboy rayon sakini 1986-cı il təvəllüdlü Ələkbərov Rövşən Əli oğlu ağır yaralanıb.
    Ağır qəza nəticəsində yol təsərrüfatına ciddi ziyan dəyib FOTOLAR
    Ağır qəza nəticəsində yol təsərrüfatına ciddi ziyan dəyib FOTOLAR
    Ağır qəza nəticəsində yol təsərrüfatına ciddi ziyan dəyib FOTOLAR
    Ağır qəza nəticəsində yol təsərrüfatına ciddi ziyan dəyib FOTOLARскачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.