• Rus Dili
  • Reklam
    » » Təhsil üzrə Komissiya niyə ləğv edildi?
    

    Təhsil üzrə Komissiya niyə ləğv edildi?

    11-03-2016, 09:00
    Oxunub: 577
    Şərhlər: 0
    Çap versiyası
    Təhsil üzrə Komissiya niyə ləğv edildi?
    Əjdər Ağayev: “Strategiya müəyyənləşdiyi üçün Təhsil Komissiyasına ehtiyac yoxdur”

    Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiya ləğv edilib. Bu barədə dövlət başçısının rəsmi saytında məlumat qeyd edilib.

    Azərbaycan prezidenti İlham Əliyev - “Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiyanın yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 30 may tarixli 831 nömrəli Sərəncamının ləğv edilməsi barədə sərəncam imzalayıb. Dövlət başçısının sərəncamları ilə “Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiyanın yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 7 fevral tarixli 1306 nömrəli və “Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiyanın yeni tərkibinin təsdiq edilməsi haqqında” 24 may 2013-cü il tarixli sərəncamları da ləğv edilib.

    Qeyd edək ki, komissiyanın sonuncu tərkibi Azərbaycan prezidenti İlham Əliyevin 24 may 2013-cü il tarixli sərəncamı ilə təsdiqlənib. Həmin sərəncama əsasən, Komissiyanın sədri Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, komissiyanın üzvləri isə baş nazirin müavini Elçin Əfəndiyev, AMEA prezidenti Akif Əlizadə, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, təhsil naziri Mikayıl Cabbarov, ədliyyə naziri Fikrət Məmmədov, iqtisadiyyat naziri Şahin Mustafayev, maliyyə naziri Samir Şərifov, gənclər və idman naziri Azad Rəhimov, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə olub.

    Ancaq saytda Təhsil Komissiyasının niyə ləğv edilməsi haqqında heç bir məlumat qeyd edilməyib.

    Maraqlıdır, bu qurumun ləğv edilməsində səbəb nədir?
    Təhsil üzrə Komissiya niyə ləğv edildi?
    Təhsil Şurasının sədri Əjdər Ağayev Təhsil Komissiyasının işinin bitdiyini və buna görə də artıq ləğv edildiyini dedi: “Mənə elə gəlir ki, Təhsil Komissiyası yarananda təhsil islahatının müəyyən inkişaf mərhələləri üzrə görüləcək işlər var idi. Məsələn, Təhsil Komissiyasının razılığı əsasında ali məktəblərin bakalavr və magistratura pilləsində yerlərin ayrılması, tələbata uyğun olaraq kadr hazırlığı müəyyənləşdirirdi. Artıq təhsil islahatı ilə bağlı bir çox işlər görülüb. O cümlədən prezident iki il əvvəl təhsilin inkişafı üzrə ”Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın təsdiqi barədə sərəncam imzalayıb. Bu fundamental sənəddə dörd istiqamət üzrə inkişaf konsepsiyası müəyyənləşdirilib. Burada nəzərdə tutulan işlərin həyata keçirilməsi üçün iş planı da hazırlanıb. Yəni strategiya meydandadır. Digər tərəfdən, artıq ali məktəblərə ödənişli oxuyanlar üçün plan qoyulması götürülüb. Plan yoxdur. Məsələn, 100 nəfər qəbul olur, oxuya bilən oxusun, oxuya bilməyən yox. Ali məktəblərə plan məsələsi aradan qalxdığı, strategiya müəyyənləşdiyi üçün Təhsil Komissiyasına ehtiyac yoxdur".

    Ə.Ağayev Təhsil Komissiyasının təhsil siyasətini artıq hazırlayaraq ortaya qoyduğunu dedi: “Təhsil Komissiyası artıq təhsil siyasətini hazırlayıb meydana qoyub. Buna görə də görünür ki, bu qurumun fəaliyyətinə artıq ehtiyac yoxdur. Bu mənim düşüncələrimdir. Yəni bu komissiyanın olub- olmamasının təhsil sahəsinə heç bir dəxli yoxdur. Bu qurum təşkilati məsələlərə baxırdı. O da təşkil olunub, hər şey qaydasındadır”.

    Günel MANAFLIскачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.