• Rus Dili
  • Reklam
    » » Sabiq prezidentinə qarşı korrupsiya ittihamı irəli sürülüb
    

    Sabiq prezidentinə qarşı korrupsiya ittihamı irəli sürülüb

    10-03-2016, 05:48
    Oxunub: 477
    Şərhlər: 0
    Çap versiyası
    Sabiq prezidentinə qarşı korrupsiya ittihamı irəli sürülüb
    Braziliya baş prokurorluğu ölkənin keçmiş prezidenti İnasiu Lula da Silvaya qarşı rəsmi korrupsiya ittihamı irəli sürüb

    APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, ittiham "Petrobras" dövlət neft şirkəti ətrafında davam edən qalmaqalla bağlıdır.

    Məlumata əsasən, prokurorluq sabiq prezidentin arvadı və böyük oğluna qarşı da ittiham irəli sürüb.

    Martın 4-də ölkənin hüquq-mühafizə orqanları tərəfindən İnasiu Lula da Silva və ailəsinə məxsus evlərdə axtarış həyata keçirilib. Axtarış əməliyyatından sonra sabiq prezident dindirilmə üçün polis idarəsinə aparılıb.

    Qeyd edək ki, Braziliyanın ən iri neft şirkəti "Petrobras"-da korrupsiya ilə bağlı araşdırma 2013-ci ildən etibarən davam edir.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.