• Rus Dili
  • Reklam
    » » Bakıda ev qiymətinə Hyundai Elantra: Avtosalonlarda qiymətlər niyə şişirdilir? - FOTOLAR
    

    Bakıda ev qiymətinə Hyundai Elantra: Avtosalonlarda qiymətlər niyə şişirdilir? - FOTOLAR

    10-03-2016, 00:09
    Oxunub: 1 753
    Şərhlər: 0
    Çap versiyası
    Bakıda ev qiymətinə Hyundai Elantra: Avtosalonlarda qiymətlər niyə şişirdilir? - FOTOLAR
    Bakıda “Hyundai” avtomobil şirkətinin sonuncu modeli olan “Elantra” maşınları qiyməti ilə müştəriləri şoka salıb. Belə ki, bu model avtomobil müştərilərə təqribən 40 min manata təklif olunur. Bu, əvvəlki modellərlə müqayisədə çox bahadır.

    “Elantra GL” qiyməti 21450 manata, “Elantra GLS” 24600 manata, “Elantra GLS+” modeli isə 27700 manata təklif olunur. “Hyundai Elantra”nın sonuncu modelinin qiyməti isə 39500 manatadır. Sonuncu model avtomobilinin əvvəlki nəsil avtomobillərdən bu qədər fərqlə baha olması müştərilərdə ciddi sual doğurub.

    Avtomobil bazarındakı durğunluğa və alıcılığın azalmasına baxmayaraq, avtosalonlar qiymətləri “ceyran belinə” qaldırıblar.

    Bəs görəsən, qiymətlərin bu qədər bahalaşması hansı zərurətdən yaranır? İkinci əl avtomobil bazarlarından fərqli olaraq, avtosalonlarda qiymətlər niyə yüksəkdir?
    Avtomobil satışı ilə məşğul olan Nicat Qasımov bildirdi ki, bu ənənəvi haldır və yeni model avtomobillərə maraq çox olduğu üçün qiymətləri şişirdirlər: “Avtosalonlar kütləni nəzərdə tutmur. İmkanlı şəxslər, dəblə maşın sürənlər üçün qiymətləri belə qaldırırlar. Varlığa, nə darlıq...

    İmkanlı insanlar, yeni model olsun deyib, heç qiymətinə də baxmırlar, alırlar. “Elantra”ya gəlincə, avtomobilin bu modelində bir çox yeniliklər var, lakin qiymətinin təqribən 40 min manata təklif olunması düzgün deyil. Bizim işbazlar “ucuz alım, çox qazanım” fikri ilə yaşayırlar. Bundan əlavə, gömrük rüsumu da baha başa gəlir.

    Yeni model olduğuna görə, qiymətində də fərq olması normaldır. Lakin bu fərq 10-15 min manat deyil... Bu avtomobillərin ikinci əlini avtomobil bazarında , “su qiymətinə” tapmaq olar. İnanmıram kimsə avtomobilə o qədər pul versin”.

    İqtisadçı ekspert Rəşad Həsənov isə bildirdi ki, yeni modellərin əvvəlkilərdən bir neçə dəfə baha təklif olunması onların yeni məzənnə ilə ölkəyə daxil olmasıdır: “Avtomobillərin idxalı əvvəlki illərlə müqayisədə dəfələrlə azalıb. Buna baxmayaraq az da olsa, ölkəyə avtomobil gətirilməsi davam edir. Yeni modellər artıq dolların yeni məzənnəsi ilə ölkəyə daxil olmuş avtomobillərdir. Son iki ildə avtomobillərin qiymətində iki dəfəyə yaxın artım müşahidə olunur. Ümumilikdə 40-60 faiz bahalaşma gedib. Qiymət artımı əsasən yeni avtomobillərdədir və əsas səbəb bu avtomobillərin dolların yeni kursu ilə ölkəyə daxil olmasıdır”.

    Ekspert deyir ki, yeni modellərdən fərqli olaraq, ikinci əl avtomobillər ucuzlaşıb: “Azərbaycanda təkrar avtomobil bazarında qiymətlər fərqlidir. Avtomobillərin qiymətlərində ucuzlaşma davam etməkdədir. Səbəbi isə ölkədə alıcılığın kifayət qədər aşağı düşməsidir. Bir sözlə, əhalinin lüks kateqoriyalı məhsullara, daşınmaz əmlaka, zinət əşyalarına və bu kateqoriyadan olan məhsullara tələbatı aşağı düşüb. İnsanlar hazırkı durumda sadaladığımız məhsulları almağa ehtiyatla yanaşır. Təbii ki, bazarda zəruri ehtiyacı olan şəxslərin avtomobilləri daha ucuz satması ucuz qiymət formalaşdırır”.
    İqtisadçının sözlərinə görə, təkrar avtomobil bazarındakı ucuzlaşma əhalinin gəlirlərinin azalması ilə bağlıdır: “İş yerlərindəki ixtisarlar, insanların kreditlərini ödəyə bilməməsi, onları avtomobillərini bazara çıxarmağa məcbur edir. Bundan əlavə, əhali arasında aşağı at gücündə olan avtomobillərə meyl artır. Yəni yüksək at gücünə malik olan avtomobilləri sataraq, daha aşağı gücə malik olan avtomobil alırlar. Ortada qalan müəyyən qədər vəsaitlə borclarını və gündəlik ehtiyaclarını qarşılayırlar. Bu isə avtomobil bazarında sürətlə qiymətlərin ucuzlaşmasına gətirib çıxarır. Düşünürəm ki, 2016-cı ilin payızına qədər avtomobil bazarındakı durğunluq daha da dərinləşəcək”.

    Məğrur Mərd
    Bakıda ev qiymətinə Hyundai Elantra: Avtosalonlarda qiymətlər niyə şişirdilir? - FOTOLAR
    Bakıda ev qiymətinə Hyundai Elantra: Avtosalonlarda qiymətlər niyə şişirdilir? - FOTOLAR
    Bakıda ev qiymətinə Hyundai Elantra: Avtosalonlarda qiymətlər niyə şişirdilir? - FOTOLARскачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.