• Rus Dili
  • Reklam
    » » Əliyevin yaxın adamının Maltadakı biznesi çökdü
    

    Əliyevin yaxın adamının Maltadakı biznesi çökdü

    7-03-2016, 20:15
    Oxunub: 529
    Şərhlər: 0
    Çap versiyası
    Əliyevin yaxın adamının Maltadakı biznesi çökdü
    Malta mətbuatı bu ölkədəki böyük siyasi qalmaqalın Azərbaycan hökumətilə bağlı detallarından yazır

    Azərbaycanın dövlət başçısı Ilham Əliyevə yaxın şəxslərdən biri Maltadakı müəssisələrini bağlayır. Bu barədə məlumatı “Timesof Malta” qəzeti məlumat yayıb. Qəzetdə “Azərbaycanlı milyonçu Maltadakı müəssisələrini bağlayır” başlığıyla yayımlanan məqalənin tərcüməsini təqdim edirik:

    ***
    ABŞ Dövlət Departamentinin Ilham Əliyevə yaxın şəxs kimi təqdim etdiyi azərbaycanlı milyonçu Mənuçöhr Xangah Maltanın baş naziri Cozef Muskatın Bakıya səfərindən dərhal sonra bu ölkədə çoxlu sayda müəssisələr qurub. 2014-cü il dekabrın 23-də Mənuçöhr Xangah Maltada “Mulsane Investments” şirkətini təsis edib. Azərbaycanlı milyonçu bu müəssisəni Maltanın baş nazirinin Bakıya səfərindən cəmi bir həftə sonra yaradıb.

    Uzun müddətdir ki, Malta baş nazirinin Azərbaycana o vaxtkı gəlişi qalmaqallı səfər kimi hələ də müzakirə olunmaqdadır. Qalmaqala səbəb olan başlıca məsələ isə Muskatın bu səfəri Baş nazir Aparatının rəhbəri Keys Şembri və enerji naziri Konrad Mizzi ilə, özü də mətbuat nümayəndələrindən gizli həyata keçirməsi olub. Bu hadisədən cəmi bir ay sonra Mənuçöhr Xangah Maltada bir-birinin ardınca bir neçə müəssisə qeydiyyatdan keçirib. Maraqlıdır ki, müəssisələr Motsart, Vivaldi, Putçini kimi məşhur bəstəkarların adlarını daşıyıb. Yaradılan bütün yeni şirkətlərin səhmləri “Mulsanne Investments”in əlində cəmləşdirilib.

    Bu yaxınlarda bəlli olub ki, Mənuçöhr Xangah Maltada yaratdığı bütün müəssisələri ləğv etmək qərarına gəlib. Amma bu müəssisələrin hansı məqsədlə yaradıldığı və nə işlər gördüyü bəlli deyil.

    Mənuçöhr Xangahın müəssisələrinə məsləhət xidməti həyata keçirən “Nexia BT” şirkətinə onun müəssisələrinin ləğvilə bağlı məlumat almaq üçün müraciət etsək də, cavab ala bilmədik.

    Daha bir maraqlı fakt ondan ibarətdir ki, son günlər Maltada böyük qalmaqala çevrilmiş hadisə ilə “Nexia BT” şirkətinin əlaqəsi var. Söhbət Muskat aparatının rəhbəri Şumbri ilə energetika naziri Mizzinin xaricdə yaratdığı müəssisələrə də məhz bu şirkətin məsləhət xidməti həyata keçirməsindən gedir.

    Bu yaxınlarda Mizzi etiraf edib ki, xarici ölkələrdə maliyyə strukturu yaratmaq təklifini Şembri irəli sürüb. “Nexia BT” Şembrinin şəxsi biznesi kimi tanınan “Kasko-qrep”a da auditor xidməti göstərir.

    ABŞ Dövlət Departamentinin geniş yayılmış sənədlərində Mənuçöhr Xangahın Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərovla da yaxın əlaqələri olduğu bildirilir.

    “Transparency International” Azərbaycanı dünyanın ən çox korrupsiyaya qurşanmış ölkələrindən biri hesab edir.
    скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.