• Rus Dili
  • Reklam
    » » Martın 9-na rəsmi məzənnə 1,62 AZN/USD-ni keçə bilər
    

    Martın 9-na rəsmi məzənnə 1,62 AZN/USD-ni keçə bilər

    7-03-2016, 11:54
    Oxunub: 533
    Şərhlər: 0
    Çap versiyası
    Martın 9-na rəsmi məzənnə 1,62 AZN/USD-ni keçə bilər
    Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Azərbaycan Mərkəzi Bankı (AMB) vasitəsi ilə bu gün keçirilən növbəti valyuta hərracına 50 mln. ABŞ dolları həcmində valyuta kütləsini satışa çıxarıb. Bu barədə "Report"a bank dairələrindən məlumat verilib.
    AGXEBER.COM "Report"un analitik qrupuna istinadən xəbər verir ki, bu gün də hərracda kommersiya banklarının dollara olan faktiki tələbatı ARDNF-nin təklif etdiyi məbləğdən 6 dəfə çox, təxminən 300 mln. dollardır.
    Buna görə də martın 9-na olan dolların minimal məzənnəsinin 1,6185 manat olacağı gözlənilir. Lakin məzənnənin 1,6200 AZN/USD həddini üstələyəcəyi də istisna edilmir. Buna səbəb isə banklararası valyuta sövdələşmələrində dolların alış-satış məzənnəsinin daha da yüksəlməsi ola bilər.
    "Martın 9-na olan rəsmi məzənnə 1,6185 AZN/USD müəyyənləşərsə, artıq çərşənbə günü kommersiya bankları 4%-lik marjanı nəzərə almaqla nağd dolların satış məzənnəsini maksimum 1,6832 AZN/USD-yə kimi artıra bilər", - deyə analitiklər bildiriblər.
    Qeyd edək ki, bu gün Bakıda nağd dollar 1,6650 manat qiyməti ilə satılır və marja nəzərə alınmaqla satış məzənnəsi 1,6750 AZN/USD-yə kimi artırıla bilər.
    Xatıqladaq ki, ötən həftənin cümə günü ARDNF hərracda 100 mln. dollar həcmində valyutanı satışa çıxarıb, kommersiya banklarının tələbatı isə təxminən 3 dəfə artıq, yəni 290 mln. dollar olub.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.