• Rus Dili
  • Reklam
    » » Türkiyədə baş nazir müavininin rus sevgilisi üzə çıxdı
    

    Türkiyədə baş nazir müavininin rus sevgilisi üzə çıxdı

    1-03-2016, 15:57
    Oxunub: 626
    Şərhlər: 0
    Çap versiyası
    Türkiyədə baş nazir müavininin rus sevgilisi üzə çıxdı
    Türkiyənin Rusiya ilə münasibətləri az qala müharibə həddinə gəlib çatdığı bir vaxtda baş nazirin müavini, keçmiş MHP-çi, türk millətçilərinin mərhum lideri Alparslan Türkeşin oğlu Toğrul Türkeşin rus sevgilisi üzə çıxıb.

    Virtualaz.org xəbər verir ki, hazırda bu mövzu Türkiyə mediasının əsas gündəmidir və az qala ölkənin cənub-şərqində PKK-çılarla gedən qanlı döyüşləri, Suriya məsələsini də kölgədə qoyub.

    Məsələ bundadır ki, jurnalistlər Toğrul Türkeşin rus qadınla sevgili olduğunu üzə çıxarıblar və həmin qadının təxminən 40 gün əvvəl Ankaradakı özəl xəstəxanalardan birində oğlan uşağı dünyaya gətirdiyi məlum olub. O da məlum olub ki, baş nazirin müavini uşağa atasının adını qoyub.

    Bu məlumatlar mətbuata yayılandan sonra Toğrul Türkeş yazılı açıqlama ilə çıxış edərək həmin qadınla birgə yaşadığını təsdiq edib. Ancaq onun məşuqəsi yox, gələcək arvadı olduğunu bildirib. Baş nazirin müavini bildirib ki, keçmiş arvadı ilə hələ rəsmən boşanmadığından rus qadınla hüquqi baxımdan evlənə bilməz.

    Habelə Toğrul Türkeş rus qadından bir oğlunun dünyaya gəldiyini, adını Alparslan qoyduğunu da təsdiq edib. Ancaq bildirib ki, həmin qadınla münasibətləri gizli deyil, onunla xeyli müddətdir ki, imam nigahı ilə birgə yaşayırlar.

    Türkeş bundan əvvəl iki dəfə evli olub, bu onun üçüncü evliliyidir. İkinci arvadı Serpil Türkeşlə 20 illik evliliyi təxminən 14 il əvvəl bitib, onlar ayrılıblar, ancaq hələ boşanmayıblar. Onların boşanma iddiası üzrə məhkəmə çəkişməsi davam edir.

    Toğrul Türkeş ötən il Ərdoğanın təklifi ilə hökumətdə baş nazirin müavini vəzifəsini tutmağı qəbul edib. Onun bu addımı MHP-də sərt reaksiya doğurub və partiya lideri Dövlət Baxçalı Türkeşin MHP-dən xaric edilməsi məsələsini qaldırıb. MHP-dən xaric ediləndən sonra Türkeş hakim AKP-yə üzv olub.

    Musavat.comскачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.