• Rus Dili
  • Reklam
    » » Hadı Rəcəbli: "Əhaliyə pul yerinə qoyun vermək lazımdır"
    

    Hadı Rəcəbli: "Əhaliyə pul yerinə qoyun vermək lazımdır"

    1-03-2016, 12:33
    Oxunub: 1 452
    Şərhlər: 0
    Çap versiyası
    Hadı Rəcəbli: "Əhaliyə pul yerinə qoyun vermək lazımdır"
    Azərbaycanda hər ay yüzlərlə ailə ünvanlı sosial yardım alır. Bu yardım isə nəğd ödəniş formasında həyata keçirilir. Yəni müəyyən edilmiş vəsait ünvanlı sosial yardım alan şəxsin kartına köçürülür. Millət vəkili Hadı Rəcəbliyə görə bu sistem kənd yerində yaşayan sakinlər üçün o qədər də əlverişli deyil. Millət vəkilinin fikrincə, nəğd ödəniş əvəzinə kəndlərdə yaşayan ailələrə qoyun verilməlidir.

    Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəblinin sözlərinə görə, məqsəd ələbaxımlılığın qarşısını almaqdır: "Müavinət sistemi qədər eybəcər ələbaxımlılıq yaradan sistem yoxdur. Dünyada daha çox iş yerlərinin yaradılmasına, insanların əməyə cəlb olunmasına diqqət yetirilir, biz də bu yolu seçmişik”, - deyə Hadı Rəcəbli bildirib.

    Millət vəkili qeyd edib ki, Azərbaycan ünvanlı yardımların verilməsində Pakistan və Banqladeş təcrübəsindən yararlanmalıdır.

    "Bizdə kənd yerlərində bir ailə orta hesabla 130 manat ünvanlı yardım alır. Bu, 2 aylıq bir qoyunun puludur. Yardımlı, Gədəbəy kimi dağ rayonlarında yaşayan ailələrə 5 ayın pulunun əvəzində, biri erkək olmaq şərtilə 5 qoyun verilir və nəzarət olunur ki, ailə o qoyunlardan bala alana qədər heyvanları kəsməsin. Bu yolla ələbaxımlılığın qarşısını almaq, insanları istehsalata yönəltmək mümkündür”, - deyə millət vəkili əlavə edib.

    Millət vəkili Hadı Rəcəbli bundan əvvəl də ictimaiyyətdə birmənalı qarşılanmayacaq açıqlamalarla çıxış etmişdi.

    Anspress.comскачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.