Avropa Liqasında 1/16 final mərhələsinə yekun vurulub: Nəticələr![]() Futbol üzrə Avropa Liqasında 1/16 final mərhələsinə yekun vurulub. 1/8 final mərhələsinə Türkiyə təmsilçilərindən yalnız "Fənərbağça" klubu vəsiqə qazanıb. "Report"un məlumatına görə, "sarı-lacivərdlilər" 1/16 finalda Rusiya "Lokomotiv"ini üstələməyi bacarıblar. İstanbul komandası doğma meydanda keçirilmiş ilk görüşdə 2:0 hesablı qələbə qazandığından, səfərə daha rahat yollanıb. Moskvadakı oyunda hesabı meydan sahiblərinin əslən azərbaycanlı futbolçusu Aleksandr Səmədov açıb. Lakin matçın sonlarında Mehmet Topal bərabərlik qolunu vuraraq, yekun nəticəni müəyyənləşdirib - 1:1. "Qalatasaray" isə 1/16 finalda İtaliya "Latsio"su ilə cavab görüşündə uduzaraq, mübarizəni dayandırıb. Avropa Liqası, 1/16 final, cavab qarşılaşmaları “Atletik” (İspaniya) - “Marsel” (Fransa)- 1:1(1:0) “Bayer” (Almaniya) - “Sportinq” (Portuqaliya)- 3:1 (1:0) “Krasnodar” (Rusiya) - “Sparta” (Çexiya)- 0:3 (0:1) “Latsio” (İtaliya) - “Qalatasaray” (Türkiyə)- 3:1 (1:1) “Liverpul” (İngiltərə) - “Auqsburq” (Almaniya)- 1:0 (0:0) “Rapid” (Avstriya) - “Valensiya” (İspaniya)- 0:4 (0:6) “Şalke” (Almaniya) - “Şaxtyor” (Ukrayna)- 0:3 (0:0) “Bazel” (İsveçrə) - “Sent-Etyen” (Fransa)- 2:1 (2:3) “Porto” (Portuqaliya) – “Borussiya” (Dortmund, Almaniya)- 0:1 (0:2) “Mançester Yunayted” (İngiltərə) - “Midtyulland” (Danimarka)- 5:1 (1:2) “Mölde” (Norveç) - “Sevilya” (İspaniya)- 1:0 (0:3) “Napoli” (İtaliya) - “Vilyareal” (İspaniya)- 1:1 (0:1) “Olimpiakos” (Yunanıstan) - “Anderlext” (Belçika)- (0:1) “Tottenhem” (İngiltərə) - “Fiorentina” (İtaliya)- 3:0 (1:1)
<
Məqalənin reytinqi:
|
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.