Dünya Bankı Azərbaycanla bağlı bəyanat yayıb![]() Dünya Bankı və Azərbaycan hökuməti ölkənin özəl sektorun aparıcı rol oynayacağı yeni inkişaf modelinə keçidi və xarici şoklara, o cümlədən neft qiymətlərinin azalması və milli valyutaya təzyiqlərə qarşı dayanıqlığının artırılması ilə bağlı orta və uzunmüddətli kompleks tədbirləri müzakirə edir. DB-nin Azərbaycandakı nümayəndəliyinin yaydığı bəyanatda deyilir. Məlumata görə, qurum Azərbaycanda keçiriləcək islahatlara dəstək verməyə hazır olduğunu açıqlayıb: "Azərbaycan hökuməti struktur islahatları ilə bağlı hərtərəfli proqram formalaşdırmaqdadır və Azərbaycanın uzunmüddətli inkişaf tərəfdaşı kimi Dünya Bankı bu sahədə zəruri dəstəyi təmin etməyə hazırdır". Qeyd edək ki, yanvarın 28-də DB-nin Cənubi Qafqazda özəl və maliyyə sektoru üzrə əlaqələndiricisi Anjela Priqojinanın (Angela Prigozhina) rəhbərlik etdiyi missiya Bakıya səfərə gəlib. Məlumata görə, Azərbaycan hökuməti Dünya Bankından 1 mlrd. ABŞ dolları civarında kredit almaq istəyir və missiya məhz bu kreditin şərtlərini müzakirə etmək üçün gəlib.REPORT.AZ
<
Məqalənin reytinqi:
|
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.