• Rus Dili
  • Reklam
    » » Çempionlar Liqasında 1/8 final mərhələsinin növbəti oyunları keçirilib - NƏTİCƏLƏR
    

    Çempionlar Liqasında 1/8 final mərhələsinin növbəti oyunları keçirilib - NƏTİCƏLƏR

    24-02-2016, 02:40
    Oxunub: 535
    Şərhlər: 0
    Çap versiyası
    Çempionlar Liqasında 1/8 final mərhələsinin növbəti oyunları keçirilib - NƏTİCƏLƏR

    Çempionlar Liqasında 1/8 final mərhələsinin növbəti oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, ilk oyunlar çərçivəsində baş tutan qarşılaşmalarda “Böyük beşlik” təmsilçiləri üz-üzə gəlib.

    İngiltərədə yerli “Arsenal” “Barselona”nı qəbul edib. Gərgin mübarizə şəraitində keçən qarşılaşmanın ilk yarısında hesab açılmayıb. İkinci hissədə isə katalonların argentinalı super ulduzu Lionel Messi qarşılaşmanın taleyini təkbaşına həll edib. Leo əvvəlcə Neymarın ötürməsini məntiqi sonluğa çatdıraraq hesabı açıb. Sona 7 dəqiqə qalmış isə təyin olunmuş penaltidən Çexə heç bir şans verməyən "Qızıl top"un son sahibi "Barselona" üçün növbəti turun qapılarını açıb.

    İtaliyadakı matçda isə “Yuventus” “Bavariya” ilə görüşüb. Bu qarşılaşma da gərginliyi və dramatikliyi ilə yadda qalıb. İlk yarının sonlarında almanların hücumçusu Müller hesabı açıb. İkinci hissədə Roben fərqi artırıb. Ancaq turinlilər ruhdan düşməyib. Əvvəlcə Dibala, ardınca isə Sturaronun qolları ilə hesabı bərabərləşdirən "qoca sinyora" növbəti mərhələ üçün az da olsa, şans saxlayıb.

    Çempionlar Liqası
    1/8 final, ilk oyunlar
    23 fevral

    “Arsenal” (İngiltərə) – “Barselona” (İspaniya) - 0:2
    Qol: Messi, 72, 83 (pen.)

    “Yuventus” (İtaliya) – “Bavariya” (Almaniya) - 2:2
    Qollar: Dibala, 63, Sturaro, 76 - Müller, 43, Roben, 55скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.