• Rus Dili
  • Reklam
    » » Prezident İlham Əliyev Fransa parlamentinin nümayəndə heyətini qəbul edib
    

    Prezident İlham Əliyev Fransa parlamentinin nümayəndə heyətini qəbul edib

    20-02-2016, 11:00
    Oxunub: 702
    Şərhlər: 0
    Çap versiyası
    Prezident İlham Əliyev Fransa parlamentinin nümayəndə heyətini qəbul edib


    Prezident İlham Əliyev fevralın 19-da Fransa Senatının Yuxarı Reyn Departamentindən olan senatoru, Fransa-Qafqaz dostluq qrupunun üzvü, sabiq nazir Jan-Mari Bokelin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

    Dövlət başçısı Fransa parlamenti üzvlərinin ölkəmizə səfərlərinin ənənəvi xarakter daşıdığını vurğulayaraq, nümayəndə heyətinin hər dəfə yeni tərkibdə Azərbaycana səfər etmələrini müsbət hal kimi dəyərləndirib və səfərin Azərbaycanla yaxından tanış olmaq üçün yaxşı fürsət yaradacağını bildirib. Fransa parlamenti üzvlərinin Azərbaycana mütəmadi səfərlərinin əhəmiyyətinə toxunan Prezident İlham Əliyev bu cür səfərlərin ölkələrimiz arasında dostluğun daha da gücləndirilməsi baxımından rolunu qeyd edib. Dövlət başçısı ölkələrimiz arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsində siyasi və iqtisadi əlaqələrlə yanaşı, parlamentlərarası əməkdaşlığın da mühüm əhəmiyyət daşıdığını deyib.

    Jan-Mari Bokel Fransa parlamenti üzvlərinin ölkəmizə ənənəvi səfərlərinin əhəmiyyətini qeyd edib. O, nümayəndə heyəti üzvlərinin Azərbaycanın dostları olduğunu bildirib. Xocalı soyqırımının ildönümü ərəfəsində ölkəmizə səfər etdiklərini vurğulayan fransalı qonaq xalqımızın üzləşdiyi bu ağır fəlakətlə bağlı kədərini ifadə edib.

    Görüşdə dövlət başçıları arasında xüsusi münasibətlərin olduğu qeyd edilib, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hazırkı vəziyyəti və həlli yollarından danışılıb, münaqişənin sülh və danışıqlar yolu ilə beynəlxalq hüquq çərçivəsində nizama salınmasının vacibliyi vurğulanıb, Azərbaycanın Avropa strukturları ilə əməkdaşlığı məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
    скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.