• Rus Dili
  • Reklam
    » » Azərbaycanda daha bir bank bağlandı
    

    Azərbaycanda daha bir bank bağlandı

    2-02-2016, 10:43
    Oxunub: 830
    Şərhlər: 0
    Çap versiyası
    Azərbaycanda daha bir bank bağlandı
    Azərbaycanda daha bir bank bağlandı.

    BAKU.WS-in məlumatına görə, Mərkəzi Bankın İdarə Heyətinin 1fevral 2016-cı il tarixli, 10/1nömrəli qərarı ilə məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən az olduğuna, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə "Texnikabank” ASC-nin bank lisenziyası ləğv edilib.

    "Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 51-ci və 52-ci maddələrinə uyğun olaraq 2 fevral 2016-cı il tarixdən banka müvəqqəti inzibatçı təyin edilib.

    Azərbaycan Respublikası Mərkəzi Bankı bildirir ki, "Texnikabank” ASC-də Əmanətlərin Sığortalanması Fondu tərəfindən əhalinin qorunan əmanətləri üzrə qanunvericiliyə müvafiq olaraq kompensasiyaların ödənişi həyata keçiriləcəkdir.

    BAKU.WSскачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.