• Rus Dili
  • Reklam
    » » Fransada radikal sağçı məsçiddən çıxanlara atəş açıb-Foto
    

    Fransada radikal sağçı məsçiddən çıxanlara atəş açıb-Foto

    29-10-2019, 02:03
    Oxunub: 283
    Şərhlər: 0
    Çap versiyası
    Fransada radikal sağçı məsçiddən çıxanlara atəş açıb-Foto
    Fransanın cənubunda yerləşən Bayonna şəhərində yaşlı bir kişi məsciddən çıxan adamlara atəş açıb.

    Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “The Local” saytı məlumat yayıb.

    İlkin informasiyalara görə, cinayəti törədən Fransa millətçilərinin lideri Jan-Mari Le Penin təsis etdiyi “Milli birlik” (keçmiş “Milli cəbhə”) hərəkatının üzvüdür.

    84 yaşlı Klod Sinke tüfəngindəki güllələri ibadət üçün gələnlərin üzlərinə atmaqla dayanmayıb, üstəlik içində yandırıcı maddə olan butulkanı onlara tərəf tullayıb. Nəticədə 74 və 78 yaşlı iki şəxs yaralanıb.

    Polislər şübhəlini hadisə yerindən 100 km. aralıda, Land şəhərində yaxalayıblar. Onun maşınında qazla dolu balon da aşkar edilib.

    “Le Parisien” qəzetinin məlumatına görə, tutulan şəxs Klod Sinke 2015-ci ildə keçirilən bələdiyyə seçkilərində “Milli cəbhə” təşkilatından namizəd də olub.

    Qəzetin xəbərinə əsasən, Sinke Eks-an Provans hərbi litseyində təhsil alıb. Onun bir sonrakı karyerası barədə məlumat verilmir. Lakin Klod Sinkeinin 2015-ci ildə əyalət seçkilərində sadəcə 17,5% səs toplayaraq rəqibinə uduzduğu bildirilir.

    “Milli birlik” partiyasının lideir Marin Le Pen tvitter hesabında hadisəni qınayan bəyanat yayıb.

    Musavat.com
    Fransada radikal sağçı məsçiddən çıxanlara atəş açıb-Foto
    Fransada radikal sağçı məsçiddən çıxanlara atəş açıb-Foto
    Fransada radikal sağçı məsçiddən çıxanlara atəş açıb-Fotoскачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.