• Rus Dili
  • Reklam
    » » “Dünyanın iki ən böyük gücünə “Barış Pınarı”nın legitimliyini qəbul etdirdik”
    

    “Dünyanın iki ən böyük gücünə “Barış Pınarı”nın legitimliyini qəbul etdirdik”

    23-10-2019, 23:51
    Oxunub: 250
    Şərhlər: 0
    Çap versiyası
    “Dünyanın iki ən böyük gücünə “Barış Pınarı”nın legitimliyini qəbul etdirdik”
    “Dünyanın iki ən böyük gücünə “Barış Pınarı”nın legitimliyini qəbul etdirdik”
    Anadolu Agentliyinin qonağı olan Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu dünən axşam Soçidə Türkiyə və Rusiya arasında imzalanan müqavilə və Türkiyənin Suriyanın şimalındakı hərbi mövcudiyyəti ilə bağlı açıqlamalar verib.

    Avropa.info xəbər verir ki, Çavuşoğlu Türkiyənin “Barış Pınarı” əməliyyatına dünyanın iki ən böyük gücü tərəfindən legitimlik qazandırdığını bəyan edib.

    “Türkiyə 5 gün içində dünyanın ən böyük iki gücü ilə danışıqlar masasında razılaşma əldə edib. Siyasi uğur kimi tarixə keçdi. İki ölkə ilə iki razılaşmanın əldə olunması vacibdir. Terrora qarşı əməliyyata başladıq. Etirazlar olmuşdu, amma bu prosesə etirazlar hamısından çox oldu.

    Böyük oyunu pozduğumuz üçün, qurulacaq terror dövlətinin qarşısını aldığımız üçün bu etirazlar gəlməyə başladı. Dünyanın ən böyük iki ölkəsi “Barış Pınarı” əməliyyatının legitimliyini qəbul edib. Hər hansı terrorçu ünsür qarşımıza çıxarsa onları zərərsizlədirərik. Suriyanın sərhəd və ərazi bütövlüyünə bağlıyıq. Siyasi həllə qədər status-kvo qorunacaq. YPG üzvü terrorçular 30 kilometrin altına göndəriləcək” – Çavuşoğlu deyib:

    Çavuşoğlu əldə olunan müqavilələrdən ən çox İsrailin xəyal qırıqlığına uğradığını deyib:

    “ABŞ-ın rolu nə olacaq? ABŞ bizim bu bölgələrdən çıxır, amma İraqın qərbinə keçəcəkləri görünür. Bu günə qədər YPG-yə verdikləri silahların bir çoxunu İraqdan keçirərək gətirdilər. Burada YPG/PKK terror təşkilatını yaratmaqlarının məqsədi İranın bu torpaqlara gəlməsinin qarşısını almaq idi. Bunu İsrail istəyir. Bu prosesdə ən çox xəyalı qırıqlığına uğrayan ölkə İsraildir. ABŞ bundan sonra Suriyada siyasi həll prosesinə bizim kimi töhfə versin. Tramp tamamilə çıxdıqlarını deyir, amma bir qrupun geniş kampaniya apardığını görürük. Artıq YPG/PKK ilə istədikləri yaxın əməkdaşlığı davam etdirə bilməyəcəklər”.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.