• Rus Dili
  • Reklam
    » » Türkiyə ilə Rusiya anlaşdı: YPG-nin mövqelərindən çəkilməsi qətiləşdi
    

    Türkiyə ilə Rusiya anlaşdı: YPG-nin mövqelərindən çəkilməsi qətiləşdi

    22-10-2019, 23:54
    Oxunub: 247
    Şərhlər: 0
    Çap versiyası
    Türkiyə ilə Rusiya anlaşdı: YPG-nin mövqelərindən çəkilməsi qətiləşdi
    Bu gün Türkiyə və Rusiya prezidentləri arasında Soçidə keçirilən 6 saatlıq görüş başa çatıb.

    Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Rəcəp Tayyip Ərdoğan və Vladimir Putin Suriya məsələsində demək olar ki, bir çox məsələləri razılaşdırıblar.

    Görüşdən sonra mətbuat qarşısına çıxan iki ölkə lideri bunu ifadə edib.

    Türkiyə prezidenti yaxın 150 saat içində YPG-nin təhlükəsizlik zonasından çıxacağını, həmin vaxtdan etibarən 10 kilometr dərinliyində Türkiyə və Rusiyanın silahlı qüvvələrinin birlikdə patrul xidməti həyata keçirəcəyini deyib.

    Prezident Ərdoğan bundan başqa Rusiya ilə “Akkuyu” Atom-elektrik stansiyası, habelə “Türk axını” layihələrinin davam etdiriləcəyini bildirib. Türkiyə lideri “S-400” zenit-raket komplekslərinin təslimatında heç bir problem yaşanmadığını sözlərinə əlavə edib.

    Ərdoğanın çıxışında diqqət çəkən məqamlardan biri də onun Rusiya ilə hərbi sənaye sahəsində ciddi əməkdaşlıq perspektivi barədə informasiyanın səslənməsi olub.

    Türkiyə dövlət başçısı “Soçi memorandumu” daxil olmaqla bir çox qərara imza atdıqlarını təsdiqləyib.

    Rusiya prezidenti Vladimir Putin isə türkiyəli həmkarının ona Suriyadakı əməliyyatın məqsədi və vəzifələri barədə müfəssəl məlumat verdiyini söyləyib. Onun sözlərinə görə, rəsmi Ankara Suriyanın ərazi bütövlüyü məsələsində Rusiyanın mövqeyini dəstəkləyir.

    Putin Türkiyənin Suriyanın şimalında apardığı əməliyyatı ilə bağlı yaranan problemin “Dəməşq və Ankara arasında qaşrılıqlı hörmət şəklində dialoq aparılmadan çözülməsinin mümkün olmadığını” ifadə edib.


    Musavat.comскачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.