Bakıda məhkuma gətirilən ayaqqabının içərisində telefon aşkarlanıb![]() Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Xidmətin 10 saylı cəzaçəkmə müəssisəsinə mobil telefon aparatı keçirilməsi cəhdinin qarşısı alınıb. Penitensiar xidmətdən APA-ya verilən məlumata görə, Cinayət Məcəlləsinin 178.2.1; 178.2.2; 66.5; 66.3; 178.3.2-ci maddələrinə əsasən 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Adıgözəlov Toğrul Rza oğlu ilə qısamüddətli görüşə gəlmiş oğlu, Bakı şəhər sakini Adıgözəlov Talehin üzərinə və gətirdiyi sovqata baxış keçirilən zaman sovqatda olan ayaqqabının içərisində gizlədilmiş 1 ədəd “Samsung” markalı mobil telefon aparatı və 1 ədəd danışıq kartı aşkar edilib. Faktla bağlı araşdırma aparılır. Əcəmi Əsədulla
<
Məqalənin reytinqi:
|
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.