• Rus Dili
  • Reklam
    » » 18 illik fəaliyyətində hər gün 18 saat “işləyən” Brejnevin “sakit” siyasəti… - FOTOLAR
    

    18 illik fəaliyyətində hər gün 18 saat “işləyən” Brejnevin “sakit” siyasəti… - FOTOLAR

    27-06-2019, 21:50
    Oxunub: 228
    Şərhlər: 0
    Çap versiyası
    18 illik fəaliyyətində hər gün 18 saat “işləyən” Brejnevin “sakit” siyasəti… - FOTOLAR
    1964-cü ildə Brejnev hakimiyyətə gələndə, çoxlarının ağlına belə, gəlmirdi ki, Leonid İliç ömürünün sonuna qədər - 18 il SSRİ-nin sükanını əlində saxlayacaq. Doğrudur, Brejnevin şəxsi işinin səhifələri “parlaq” idi, siyasi fəaliyyətinə görə onun birinciliyə iddiası da haqlı sayılırdı.

    Amma nəhəng bir dövlətə rəhbərlik etmək üçün Brejnevdə əvvəlki rəhbərlərdən fərqli olaraq, qətiyyət, şəxsi mövqe nümayişi az idi və bütün bunlar da sonradan onun siyasi fəaliyyətində özünü büruzə verdi.

    Adətən SSRİ-nin rəhbərləri haqqında həmişə böyük miflər dolaşıb. Leninin ideallığı, Stalinin əvəzolunmazlığı, Xruşovun cəsarəti haqqında az qala əfsanələr dolaşıb.

    Bü ənənə Brejnevdən də yan keçməyib. Leonid İliçin gün ərzində 16-18 saat işləməsi, siyasi fəaliyyəti ilə yanaşı elmi yaradıcılığı, silsilə kitab və məqalələrin müəəlifi olması, dünyada sülhün qorunmasında əvəzsiz xidmətləri və s. haqqında mövcud dövrdə mətbuat o qədər yazıb ki, Leonid İliç sovet vətəndaşları üçün əvəzolunmaz şəxsiyyətə çevrilib.
    18 illik fəaliyyətində hər gün 18 saat “işləyən” Brejnevin “sakit” siyasəti… - FOTOLAR
    Bəs həqiqət necədir?

    Əslində Leonid İliç Brejnev yaratdığı “durğunluq dövrü”ndən başqa SSRİ-yə heç bir töhfə verməyib. Baş katib kürsüsünə əyləşən Leonid İliç dəyişiklik etməyə cəhd göstərməyib. Onun siyasi fəaliyyətində ən nəzərəçarpacaq məqamlar yalnız kadr siyasəti ilə bağlı olub. Və bu kadr “islahatı” hansısa bir sahənin işində dönüş yaratmaq məqsədi daşımayıb. Bu işdə baş katibin yalnız bir marağı olub, gələcəkdə ona mane ola biləcək kadrları ətrafından uzaqlaşdırmaq və təbii ki, onların yerinə də “köhnə dostlar”ı təyin etmək.

    Bu məsələdə Breynev özünü çox “mədəni” aparıb. O, vəzifədən uzaqlaşdırdığı şəxsi Stalin kimi güllələnməyə, sürgünə məhkum etməyib, yaxud da, Xruşov kimi hamının içində anasına söyməyib. Leonid İliç ümumiyyətlə kiminsə vəzifədən azad edilməsini müzakirəyə çıxarmayıb, o, həmin şəxsi Siyasi büronun iclasına dəvət edib və “hökmünü” bir cümlə ilə ifadə edib: “Büro belə qərara gəldi ki...”
    18 illik fəaliyyətində hər gün 18 saat “işləyən” Brejnevin “sakit” siyasəti… - FOTOLAR
    Brejnevin siyasi fəaliyyətində maraqlı məqamlardan biri də odur ki, o, ittifaq miqyaslı məsələlərə mütləq hakim kimi təkbaşına qərar verməyib. Hər hansı bir məsələ Siyasi Büronun içlasına çıxmazdan əvvəl Mərkəzi komitənin şöbələrində və digər müvafiq qurumlarda müzakirə olunub. Bununla da Brejnev siyasi elitaya söz sahibi olduqlarını anladıb ki, bu da hər bir dövlət məmurunda öz rəhbərlərinə rəğbət hissini artırıb. Digər bir tərəfdən isə bu cür müzakirələrlə Brejnev özünü tam məsuliyyət altına salmayıb.

    Brejnev öz maraqlarını təmin etdikdən sonra baş verən bir çox hadisələrə, məmurların fəaliyyətinə çox da diqqət yetirməyib. Yeyinti, korrupsiya, vəzifədən sui-istifadə və rüşvət halları mövcud rejimdə günü-gündən artıb. Bəzi hallarda isə öz yaxınlarının bu kimi əməllərə sahib olmaları Brejnevi susdurmağa vadar edib.

    18 illik fəaliyyətində hər gün 18 saat “işləyən” Brejnevin “sakit” siyasəti… - FOTOLAR
    Öz kürsüsünü qorumaq üçün Leonid İliç ilk növbədə dövlət məmurlarının qruplaşmasının qarşısını peşəkarlıqla alıb. Məsələn, daxili işlər naziri Şelokov Brejnevin ən yaxın adamlarından biri sayılıb, DTK sədri Andropovu isə baş katib ən yaxın silahdşı kimi qəbul edib. Ancaq buna baxmayaraq Şelokovla Andropovun arasında kəskin konflikt olub. Brejnev bu konflikti aradan qaldırmaq iqtidarında olsa da, əksinə, onu daha kəskinləşdirməyə təkan verib. İki mühüm quruma rəhbərlik edənlərin yaxınlığı Brejnev üçün sərfəli olmayıb.

    Yaxud Azərbaycan DTK-nın keçmiş sədri, Brejnevin yaxın dostu Sviqun SSRİ DTK-nın sədri Andropova birinci müavin təyin ediləndə Leonid İliçin məqsədi “silahdaş” dediyi Andropovu nəzarətdə saxlamaq olub.

    Heç vaxt hansısa bir məsələdə təşəbbüskar olmayan Brejnev siyasi məsələlərdə əsasən Suslovun və Çernenkonun məsləhətlərinə qulaq asıb. Onun mötəbər tədbirlərdəki bütün çıxışları da məhz bu iki şəxsin diktəsi ilə yazılıb. Çox vaxt Brejnev bu məruzələri əvvəlcədən heç oxumayıb da. Ümumiyyətlə Brejnev saatlarla kabinetdə oturub kağızlarla işləməyi sevməyib.
    18 illik fəaliyyətində hər gün 18 saat “işləyən” Brejnevin “sakit” siyasəti… - FOTOLAR
    Referentlərindən birinin sonralar söylədiyinə görə, baş katibin sutka ərzində 16-18 saat işləməsi heç bir həqiqətə uyğun deyil: “Brejnev heç vaxt özü nə isə yazmırdı. Leonid İliçin hansısa bir tədbirdə işlədəcəyi 5-10 cümlə də referentlər tərəfindən hazırlanırdı. Xüsusilə son illər baş katibin yaddaşı o qədər zəifləmişdi ki, xarici qonaqları salamla mərasimindəki bir-neçə cümləni də yadında saxlaya bilmirdi. Yazdıqlarımızı isə heç vaxt əvvəlcədən oxumurdu. Hansısa bir yazı gecikəndə özü bizim otağa keçirdi, yarıgerçək, yarızarafat, “deyəsən çox ağıllanmısınız, yazıb qurtara bilmirsiniz”, deyirdi. O, çox mehriban, ünsiyyətcil adam idi”.

    Beləliklə Leonid İliç düz 18 il heç kimin gözləmədiyi bir müddətdə, əvvəlkilərdən fərqli olaraq, çox sakit bir şəkildə SSRİ-yə rəhbərlik edib. Hakimiyyətinin son illərində isə Leonid İliç SSRİ-ni bütün sahələrdə elə bir vəziyyətə qoyub ki, nəinki Andropov, heç Stalin də dirilib gəlsəydi yenidən ölkəni əvvəlki vəziyyətə gətirmək mümkün olmacaqdı...

    İlham Cəmiloğlu,
    Musavat.comскачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.