• Rus Dili
  • Reklam
    » » İŞİD-in hədəfində Azərbaycan da var (FOTO)
    

    İŞİD-in hədəfində Azərbaycan da var (FOTO)

    18-02-2016, 23:08
    Oxunub: 861
    Şərhlər: 0
    Çap versiyası
    İŞİD-in hədəfində Azərbaycan da var (FOTO)












    İŞİD-in zəbt edərək və şəriət qanunlarını tətbiq edəcəyi ölkələrin xəritəsi yayılıb.

    ANS PRESS-in məlumatına görə, İŞİD-in mediya nümayəndəliyi tərəfindən yayımlanan fotoda işğal ediləcək ölkələr əks olunub. Xəritədə Azərbaycan və Türkiyənin ərazilərinin də İŞİD-in hədəfində olduğu əks olunub. Qruplaşmanın mətbuat katibi Əbu Məhəmməd əl Adani növbəti hədələrinin Kərbəla və Nəcəf şəhərləri olduğunu açıqlayıb. Romanın da İŞİD-in hədəfində olduğu bildirilir.

    Qeyd edək ki, edam edilmiş İraq lideri Səddam Hüseynin indiyə qədər ələ keçirilməyən yeganə "sağ əli" hesab edilən İzzət İbrahim əl-Durinin İŞİD-ə dəstək verdiyi iddia edilir.

    ABŞ-ın nüfuzlu qəzeti “Nyu York Tayms”ın yaydığı məlumatlarda qeyd olunub ki, Mosuldan sonra Tikriti ələ keçirən İŞİD devrilən Səddam Hüseyn rejminin davamçıları ilə ittifaq qurub.

    Xatırladaq ki, İraq hökuməti Mosul şəhərində yaşanan gərginliklə əlaqədar ölkədə fövqəladə vəziyyət elan edib.
    Mosul şəhərində İraq-Şam İslam Dövləti silahlıları ilə hökumət qüvvələri arasında başlayan qarşıdurmalar geniş vüsət alıb. İŞİD silahlıları Mosul şəhərində rəhbərliyi tamamilə ələ keçirdiklərini bəyan ediblər.

    Ölkənin baş naziri Nuri əl-Maliki fövqəladə vəziyyətlə əlaqədar kişiləri orduya çağırıb. Maliki, həmçinin, Birləşmiş Millətlər Təşkilatı və Ərəb Liqasından terrorizmə qarşı mübarizədə dəstək gözlədiyini bildirib.


    İŞİD-in hədəfində Azərbaycan da var (FOTO)скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.