AZƏRBAYCANDA DƏHŞƏT: Qəbul imtahanında az bal topladı – Özünü öldürdü![]() Sabirabad rayonunda məktəbi yenicə başa vurmuş oğlanın intiharı ilə bağlı cinayət işi açılıb. Agxeber.com Publika.aza istinadən xəbər verir ki, Ulacalı kənd sakini, 2002-ci il təvəllüdlü Abbasov Yusif Şahid oğlunun yaşadığı evin həyətində özünü asaraq həyatına son qoyması faktı ilə əlaqədar Sabirabad rayon Prokurlruğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş açılıb. Bildirilir ki, Y.Abbasov bu il orta məktəbin 11-ci sinfini başa vurub və 14 iyunda məktəbdə keçirilən “Son Zəng” tədbirində iştirak edib. Lakin iyunun 15-də axşam saatlarında o, özünü asaraq intihar edib. 17 yaşlı Yusif bir müddət əvvəl keçirilən qəbul imtahanında zəif nəticə göstəribmiş və qəbul imtahanlarının ikinci mərhələsində iştirak etməyi planlaşdırırmış. Araşdırmalar davam etdirilir.
<
Məqalənin reytinqi:
|
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.