• Rus Dili
  • Reklam
    » » "AK Partyia Şırnak və Ağrı kimi 40 ildir PKK-nın "qalası" sayılan bölgələrdə qələbə ilə tarix yazdı" - Ruslan Bəşirlidən seçki rəyi
    

    "AK Partyia Şırnak və Ağrı kimi 40 ildir PKK-nın "qalası" sayılan bölgələrdə qələbə ilə tarix yazdı" - Ruslan Bəşirlidən seçki rəyi

    1-04-2019, 19:14
    Oxunub: 224
    Şərhlər: 0
    Çap versiyası
    "AK Partyia Şırnak və Ağrı kimi 40 ildir PKK-nın "qalası" sayılan bölgələrdə qələbə ilə tarix yazdı" - Ruslan Bəşirlidən seçki rəyi
    Türkiyədə keçirilən bələdiyyə seçkiləri maraqlı məqamlarla yadda qaldı. Ümumən seçkinin qalibi 51,63 faizlə Ədalət və İnkişaf Partiyası (AKP) və Milliyyətçi Hərəkat Partiyasının (MHP) birgə qurduğu Cümhur İttifaqıdır. İkinci yerdə isə 37,55 faiz səslə CHP və İYİ Partiyasının qurduğu, Səadət və PKK-nın siyasi qolu HDP-nin də kənardan dəstək verdikləri Millət İttifaqıdır.

    Bu sözləri Axar.az-a açıqlamasında jurnalist, analitik Ruslan Bəşirli deyib. O bildirib ki, AKP 15 böyük şəhəri, 24 şəhəri, 536 rayonu qazanmaqla, ümumilikdə 575 ərazini əldə edib:

    “CHP-yə gəlincə, 11 böyük şəhər, 10 şəhər, 191 rayon qazanmaqla, ümumilikdə 212 bölgə qazanıb. MHP isə 1 böyük şəhər, 10 şəhər, 145 rayon qazanmaqla, 156 bölgə əldə edib. PKK-nın siyasi qolu HDP 3 böyük şəhər, 5 şəhər, 50 rayon qazanmaqla, ümumilikdə 58 bölgə əldə edib. İYİ Partiyası isə nə böyük şəhər, nə də rayon əldə edə bilib: cəmisi 18 rayon qazanıb.

    Göründüyü kimi, AKP və MHP seçkinin qalibidir. Lakin bəziləri İstanbul və Ankaranı CHP-nin qazanmasını xüsusi qeyd edirlər. Doğrudur, Türkiyədə keçirilən seçkilərdə İstanbul və Ankaranın xüsusi çəkisi var. Lakin unutmaq lazım deyil ki, əvvəla Türkiyə prezident üsul-idarəsinə keçib. Bu səbəbdən də bələdiyyələrin siyasi təsiri qanunla xeyli dərəcədə azalıb. İkincisi, İstanbul və Ankarada böyük şəhər bələdiyyəsini CHP qazansa da, rayonlarda üstünlük AKP və MHP-nin tərəfindədir. Yəni ümumilikdə 39 rayondan ibarət olan İstanbulun 24 rayonunda AKP, 14 rayonunda CHP, 1 rayonunda isə MHP seçkini udub. Bu rayon bələdiyyə başqanları həm də İstanbul Böyükşəhər Bələdiyyə başqanlığı məclisinin üzvləri olur. Qərarlar isə məclisdə verilir”.

    Analitik qeyd edib ki, Ankarada da buna oxşar vəziyyət hökm sürəcək:

    “Yəni “Ankara və İstanbul tam olaraq CHP-nin nəzarətindədir" demək bir az yanlışdır. Ankarada da, İstanbulda da CHP-çi böyükşəhər bələdiyyə başqanları orada bələdiyyə məclisinin təzyiqi altında olacaqlar. Eyni zamanda CHP namizədlərini bu iki şəhərdə qalib edən HDP-çilər də nələrisə tələb edəcəklər ki, əsas problem də burada yaşanacaq. Lakin CHP-nin İstanbul və Ankarada qələbəsini tək HDP-nin səsləri şərtləndirmir. Bu məsələdə AKP-nin də səhvləri var. AKP-nin xüsusi qələbəsini qeyd edə biləcəyi məsələ isə Şırnak və Ağrı kimi 40 ildir PKK-nın “qalası” sayılan şəhərlərdə PKK-nın siyasi qolu HDP-yə qalib gəlməsidir. Bunu xüsusi vurğulamaq lazımdır. İstanbul və Ankara elə bir coğrafiyadır ki, bunu uduza da, qazana da bilərsən, amma Şırnak, Ağrını qazanmaq tarixi nailiyyətdir. Demək ki, Türkiyə milli təhlükəsizlik məsələsində doğru yolda irəliləyir.

    Qaldı bu seçkilərin Prezident Ərdoğanın reytinqinə təsiri məsələsinə, əvvəla, bələdiyyə seçkiləri və prezident seçkiləri başqa-başqa məsələdir. İkincisi, hətta bələdiyyə seçkilərində belə Cümhur İttifaqı səslərin yarısından çoxunu qazanıb. Böyük ehtimalla bu gün prezident seçkiləri keçirilsə, Tayyib Ərdoğan seçkinin qalibi olar. Bu seçkinin digər bir əhəmiyyətli tərəfi isə “Türkiyədə seçki saxtakarlıqla keçirilir” deyənlərə bir cavab verilməsi oldu. Bir daha Türkiyədə seçkilərin doğru-dürüst bir şəkildə keçirildiyi təsdiqini tapdı”.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.