• Rus Dili
  • Reklam
    » » Maqsud Əliyev : Milli Görüş
    

    Maqsud Əliyev : Milli Görüş

    25-01-2019, 00:02
    Oxunub: 229
    Şərhlər: 0
    Çap versiyası
    Maqsud Əliyev : Milli Görüş
    MİLLİ GÖRÜŞ : Türk milli dəyərlərinə və islam dininə aid dəyərləri təməl götürərək, mənəvi dəyərlərin üstünlüyü əsasında maddi ədaləti təmin etməyə yönəlmiş anti-istismarçı(anti-İmperialist) idealogiyadır.
    Milli Görüş İdealogiyasının siyasi, iqtisadi və sosial yönümlərdən təhlil edək.
    1. Milli Görüş siyasətdə insanı və insan haqqlarını, İslam həmrəyliyini, adil yanaşmanı əsas tutan və bunu həyatın hər bir sahəsinə praktiki olaraq əks etdirməyi tələb edən mühafizakar görüşdür. Milli Görüşə əsasən hər bir vətəndaşın borcu dolayı(dəstəkləmə və.s)və yaxud birbaşa siyasi mühitdə təmsil olunmaqdır. Buna misal olaraq milli görüşçülərin mənəvi lideri, mərhum Nəcməddin Ərbakanın məşhur sözünü göstərmək olar :“Siyasətlə maraqlanmayan müsəlmanları, müsəlmanlarla maraqlanmayan siyasətçilər idarə edər”.
    2. Milli Görüş iqtisadiyyatda faizçilik və sələmçiliyə qarşı çıxıb, gəlir paylaşımında ədalətlilik prinsipini əsas tutan görüşdür. Buna əsasən iqtisadiyyatda yerli sərmayə dövlət tərəfindən himayə edilməli, yerli bazarda faizçilik və sələmçiliyin qarşısı qəti şəkildə alınmalı, insan əməyinin özəlliklədə aşağı təbəqənin əməyinin sömrülməsinə qəti şəkildə imkan verilməməlidir. Bununçün kiçik sərmayə dövlət himayəsini daha çox hiss etməlidir ki, dövlət xarici sərmayənin istilaçı(siyasi, iqtisadi və hərbi) hücumlarından qoruna bilsin. Bu sahədə dövlət əlavə bir neçə iş görməlidir.
    a) Milli mənəvi dəyərləri əsas tutub, müasir maddi-texniki imkanları özündə əks etdirən Təhsil Sistemi. Yəni Milli Görüş əsasən yalnızca “robort” insan yetişdirilməsinin əleyhinə çıxaraq, uşaqlarda və gənclərdə əxlaqi dəyərlərin(ədalət, dürüstlük, yardımlaşmaq və.s) ən ön həyat prinsipi olmasını ehtiva edir ki, bu pulu insan həyatından və mənəvi dəyərlərində üstün tutan kapitalizmi (imperialist sistem) üçün müasir dünyada ən böyük təhlükə hesab edilir.
    b) Ədalətli Məhkəmə Sistemi isə hər bir insanın ehtiyac duyduğu sistemdir. Hz. Ömərin(r.a) “Ədalət mülkün təməlidir” kəlamını əsas tutan Milli Görüş mülkün təməli olan ədalətliliyin təmininin ən birinci şərti kimi qanunu və onu həyata keçirən şəxs və sistemlərin müstəqil və mənəvi dəyərlərinin yüksək olmasını əsas tutur. Buna əsasən məhkəmələr pul və şöhrət basqısı altında qalmayaraq adil şəkildə çalışmalıdır ki, insanlar mal və can, maddi varlıqlarının və mənəvi dəyərlərinin təhlükəsizliyindən əmin ola bilsinlər.
    c) Nizamlı İdarəçilik Milli Görüşün əsas təməllərindən biri olub imperialist düzənə qarşı savaşmağın ən əsas prinsipi olaraq görülür. Buna əsasən dövlət idarəçiliyi şəxsi istəklər, davranışlar əsasında deyil, vahid, nizamlı və adekvat olmalıdır. Özəlliklə israf, rüşvət, korrupsiya kimi anlayışlara qarşı sərt mövqey tutulur.
    d) Hədəflər və Milli Planlar Milli Görüşün olmazsa olmazı olaraq qəbul edilir. Çünki yuxarıda saydığımız 3 əsas prinsipin yansıması məhz hədəf və milli planların həyata keçrilməsi üçün lazımdır. İnsanlığın düşmənləri(İmperialistlər) durmadan necə fəaliyyət göstərərək planlarını həyata keçrirlərsə eyni zamanda onlara qarşıda planlar həyata keçirərək hədəflərə çatmaq lazımdır.
    3. Milli Görüş sosial həyatı maddi varlığın və mənəvi dəyərlərin vəhtəti olaraq görür. İnsan maddi varlığı yalnız insana yetməz və insan təbiət içində əriyərək yox olar. Buna qarşı mənəvi daha dəqiq insanı heyvandan fərqləndirən dəyərlər maddi varlıqdan üstün tutulur. Bunları belə qruplaşdırmaq olar.
    a) Qövm(Etniklik). Milli Görüş sistemində qövm anlayışı ünsüyyətlilik baxımından önəmli hesab edilərək, insanın digərlərindən üstünlüyü olaraq görülmür. Çünki insanlar genetiklik baxımından öz qövümlərinin standartlarına görə deyil, mənəvi keyfiyyətlərinə görə fərqləndirilirlər ki, bu da qövmü yanaşmanı qətiyyətlə rədd edir.
    b) İrq. Milli Görüş idealarında dəri rəngi və region(qitə,materik,ölkə)fərqləri qəbul edilmir. Ən əsasda bu idea məhz Hz. Məhəmmədin zənci Bilal Həbəşiyə qarşı münasibəti əsas götürülür.
    c) Zənginlik və Məhşurluq. Bunlar sadəcə insanlar arasında maddi olaraq təbəqə fərqini göstərmiş olub, heç bir insani keyfiyyəti və üstünlüyü ehtiva etmir.
    Qeyd edək ki, Milli Görüş idealogiyasının təməlində mənəvi dəyərlərinin əsas götrülməsiylə maddi ədalətliliyi yer üzündə təmin etməkdir. Bu bir neçə mərhələdə həyata keçrilməlidir.
    1) Ailə. İnsanların maddi maraqlarını və mənəvi dəyərlərini qorumaq üçün genetik əsasla birləşməsi olub, Milli Görüş idealogiyasında ən çox önəmsənən ittifaqdır. İnsan bir varlıq olaraq əxlaqi və maddi ədaləti ilk həyata keçirməli olduğu qurumdur.
    2) Məhəlli. Burda artıq lokal səviyyədə insan ətrafına qarşı əxlaqi və maddi məsuliyyəti dərk edərək onu yansıtmalıdır.
    3) Ölkə. Burda artıq insan topluluğunun birləşməsindən əxlaq cəmiyyəti önə çıxır ki, burda maraqlar artıq böyük bir regionun gələcək taleyinə təsir göstərir.
    4) Qlobal. Bu mərhələ bir zirvəni əks etdirir ki, ən çətin mərhələ olub eyni zamanda əqidə və inanc ittifaqının maksimal həddidir.

    Maqsud Əliyev

    Agxeber.comскачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.