"Qarabağ" "Kukesi"yə qarşı - Yenilənir![]() Çempionlar Liqasında bu gün ikinci təsnifat mərhələsinə yekun vurulacaq. Qol.az-ın məlumatına görə, “Qarabağ” öz meydanında “Kukesi”ni qəbul edəcək. Ağdam klubu Albaniya çempionu ilə səfər matçında qolsuz bərabərliyə nail olub. Mərhələ adlamaq üçün bugünkü görüşdə Qurban Qurbanovun komandası mütləq qələbə qazanmalıdır. İstənilən qollu heç-heçə rəqibə sərf edir. “Qarabağ” üçüncü mərhələyə yüksəlsə, HİK - BATE cütünün qalibi ilə qarşılaşacaq. Qeyd edək ki, bu komandalar arasında da ilk görüşdə hesab açılmayıb. 1 avqust Çempionlar Liqası 2-ci təsnifat mərhələsinin cavab oyunu 21:00. “Qarabağ” (Azərbaycan) - “Kukesi” (Albaniya) Hakimlər: Peter Kralovic, Miroslav Benko, Erik Weiss, Patrik Hrcka (hamısı Slovakiya) Bakı. Tofiq Bəhramov adına Respublika stadionu İlk oyun - 0:0
<
Məqalənin reytinqi:
|
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.