• Rus Dili
  • Reklam
    » » Əhəd Məmmədli: - Türkiyəyə qarşı Amerika,Avropa,Rusiya,İran və İsrail elan edilməmiş müharibə aparır.
    

    Əhəd Məmmədli: - Türkiyəyə qarşı Amerika,Avropa,Rusiya,İran və İsrail elan edilməmiş müharibə aparır.

    18-02-2016, 14:08
    Oxunub: 868
    Şərhlər: 0
    Çap versiyası
    Əhəd Məmmədli: - Türkiyəyə qarşı Amerika,Avropa,Rusiya,İran və İsrail elan edilməmiş müharibə aparır.

    "Sivilizasiyalar və konfliktlər" analitik mərkəzinin rəhbəri politoloq Əhəd Məmmədli Türkiyədə baş verən teror aktı ilə bağlı şəxsi facebook hesabında status yazıb. Statusu olduğu kimi sizlərə təqdim edirik.

    Türkiyəm başın sağolsun, Türkiyəm sən, güclüsən, sən böyüksən, sən bunu da adlayacaqsan..!
    Niyə Amerika, Avropa liderləri Ankaraya təşrif buyurmur ? Niyə özünü sivil dünyanın təmsilçiləri hesab edənlər Türkiyəyə təşrif buyurub bu acılı gündə türk xalqıyla birlikdə deyillər ? Çünki, biz müsəlmanıq, türkük ona görəmi ? "Günah"ımız budurmu ? ALLAHın son elçisi Məhəmməd (s.a.s) buyurub: " Siz onların dinini qəbul etməyənə qədər, onlar sizdən razı qalmaz"
    Türkiyə MİT müstəşarı bir neçə ay bundan əvvəl Türkiyənin iyirmidən çox kəşfiyyat orqanına qarşı vuruşduğunu bildirmişdi. Türkiyəyə qarşı Amerika,Avropa,Rusiya,İran və İsrail elan edilməmiş müharibə aparır. Bu hər sahədə özünü biruzə verir-hərbi, siyasi, iqtisadi və s.
    Türkiyəni antidemokratiklikdə ittiham edən Qərbin nəzərinə bəlkə "İRA", "ETA" və yaxud Korsika separatçıları Britaniya, İspaniya, Fransa parlamentlərində dördüncü partiyadır ? PKK-nın uzantısı olan HDP isə Türkiyədə dördüncü partiyadır. Və bu partiya parlamentdə, Ankarada son terror aktını qınayan pakta imza atmadı. Hansı Avropa ölkəsində milli azlıq özünü dövlətə qarşı bu qədər rahat düşmən mövqeyində göstərir ?
    PS: "Bir fransız ölməkdənsə min müsəlman ölsün" deyənlərin, Avropada hər terrorda papadan çox katoliklik edənlərin nəzərinəsə çatdırmaq istəyirəm ki, siz Azərbaycanda heç vaxt söz sahibi ola bilməyəcəksiniz...скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.