• Rus Dili
  • Reklam
    » » AĞ Partiya başqanı Tural Abbaslı : Partiyamızın maliyyə hesabatını artıq göndərmişik.
    

    AĞ Partiya başqanı Tural Abbaslı : Partiyamızın maliyyə hesabatını artıq göndərmişik.

    28-04-2018, 15:42
    Oxunub: 200
    Şərhlər: 0
    Çap versiyası
    AĞ Partiya başqanı Tural Abbaslı : Partiyamızın maliyyə hesabatını artıq göndərmişik.

    Maliyyə hesabatı təqdim etməyən qurumlar sırasında yer alan Vahid Azərbaycan Partiyasının (AĞ Partiya) sədri Tural Abbaslı qeydiyyatlarının ləğv ediləcəyini zənn etmir: “Biz hər il mütəmadi olaraq MSK-ya maliyyə hesabatımızı təqdim etmişik. Bu il də partiyamızın maliyyə hesabatını artıq göndərmişik. Biz bu hesabatı aprel ayının 25-də Azərpoçt vasitəsilə yola salmışıq. Güman edirəm ki, MSK partiyaların maliyyə hesabatları barədə məlumat yayanda bizim hesabat onlara çatmamış olub. Yəqin ki, ya bu gün, ya da sabah bizim də partiyanın adı MSK-nın maliyyə hesabatlarını təqdim edən partiyalar siyahısına əlavə olunacaq. Zatən bizim müxalifət partiyası olaraq heç kimdən gizlədəcəyimiz bir maliyyə gəlirlərimiz və ya əmlakımız yoxdur ki, bu prosesdən yayınaq. Mən kiminsə bu hesabatı bir az yubatdığı üçün qeydiyyatının ləğv ediləcəyinə inanmıram. Təbii ki, hansısa partiya qanunvericiliyin tələblərindən imtina edərsə, bu zaman qanunla nəzərdə tutulmuş qaydaların tətbiqi mümkündür. Ümumiyyətlə normal demokratik dövlətlərdə bu proseduralar çox sadələşdirilir və belə çatışmazlıqlara görə qeydiyyat ləğvindən söhbət belə getmir. Biz də partiya olaraq çalışırıq ki, ümumiyyətlə heç bir nöqsan buraxmayaq. İndiki məqamda isə Azərbaycan hökumətinə hansısa siyasi partiyanın dövlət qeydiyyatını ləğv etməsi qətiyyən sərf etməz. Çünki son zamanlar Avropanın müxtəlif təsisatlarının tənqidiylə üzləşən iqtidara növbəti problemlər lazım deyil”.

    musavat.comскачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.