“Türkiyə Suriyada yeni antiterror əməliyyatlarına hazırdır” – Ərdoğan![]() Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Prezident deyib: “Türkiyə üçün terrorçuların harada fəaliyyət göstərməsi vacib deyil, biz onları məhv etmək üçün hər şeyi etməyə hazırıq”. Ərdoğan həmçinin qeyd edib ki, Mənbic, Təll-Abyad, Ras-əl-Ayna kimi şəhərlərin əhalisi də Türkiyə ordusunun gəlişini üçün çağırışlar edir: “Heç kimin haqqı yoxdur, desin ki, Türkiyə Suriyanı işğal edir”. Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı əməliyyata başlayıb. “Zeytun budağı” adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin “F-16″ təyyarələri də cəlb olunub. Bu gün Türkiyə SQ Baş Qərargahının rəisi Hulusi Akar əməliyyat çərçivəsində Türkiyə Ordusunun “Azad Suriya Ordusu” ilə birgə Afrində son yaşayış məntəqələrini azad etdiyini deyib. Trend
<
Məqalənin reytinqi:
|
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.