• Rus Dili
  • Reklam
    » » Türkiyə Afrində yerli polis qüvvələrini formalaşdıracaq
    

    Türkiyə Afrində yerli polis qüvvələrini formalaşdıracaq

    23-03-2018, 11:02
    Oxunub: 130
    Şərhlər: 0
    Çap versiyası
    Türkiyə Afrində yerli polis qüvvələrini formalaşdıracaqTürkiyə Afrində yerli polis qüvvələrini formalaşdıracaq.

    Trend-in məlumatına görə, bu barədə Türkiyə mətbuatı hərbi mənbələrə istinadən xəbər yayıb.

    Məlumata görə, Afrində yerli polis qüvvələrinin yaradılması prosesində min adam təlim keçəcək. Təlim keçmiş şəxslərin daha sonra Afrində terrorçulardan azad edilmiş 300 yaşayış məntəqəsində təhlükəsizliyə nəzarət edəcəyi bildirilir.


    Qeyd edək ki, martın 18-də Türkiyə Silahlı Qüvvələri Afrin şəhərini PYD və YPG terrorçularından azad edib.

    Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.