Türkiyə 3 milyondan çox suriyalı qaçqını Suriyanın azad edilmiş ərazilərində yerləşdirəcək![]() Türkiyə sayı 3 milyonu keçən suriyalı qaçqınları geri göndərəcək Bunu Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Türkiyəli lider onların qaytarılacağı yeri də açıqlayıb. Belə ki, R.T.Ərdoğan vurğulayıb: “Qaçqınları Suriyada terrorçulardan təmizlənmiş ərazilərə qaytaracağıq”. Türkiyə prezidenti daha sonra qeyd edib: “Türkiyə Suriyanı işğal etmir, əksinə terrorçulardan azad edir”. Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin şəhərində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. “Zeytun budağı” adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin “F-16″ təyyarələri də cəlb olunub.
<
Məqalənin reytinqi:
|
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.