Afrin əməliyyatında istifadə olunan Türkiyə istehsalı silahlar – Siyahı![]() Türkiyə Silahlı Qüvvələri Afrində başlatdığı “Zeytun budağı” əməliyyatında yerli və milli silahlardan istifadə edir. Avropa.info xəbər verir ki, əməliyyat istifadə olunan Türkiyə istehsalı silahlardan xüsusilə bunlar diqqətə layiqdir. Bunker deşən raket 250 km-lik uçuş məsafəsinə malik “Som” raketləri F-16 təyyarələrində buraxılaraq tam dəqiqliyi ilə bunkerləri deşir. “Sakarya” ÇNRA 122 mm-lik 20×20 lüləli raket qurğuları Türkiyədən açılan atəşlə Afrindəki hədəfləri vurur. “Fırtına” ÖAQ Özüyeriyən artilleriya sistemi hərəkət halında 30 saniyə ərzində atəş açmağa hazır olur. “Bayraktar” PUA Kəşfiyyat və havadan nəzarət üçün istifadə olunan “Bayraktar” PUA 24 saat havada uçmaq, 150 km radiusda rabitə qurmaq imkanına malikdir. “FIRAT” M-60T Modernizasiya keçmiş M-60T tipli tanklar raketlərə qarşı əvvəlcədən xəbərdar etmə sistemlərinə malikdirlər. “Hassas Güdüm Kiti” Ağır bombardman bombası yerli texnologiya ilə ağıllı bombaya çevrilib.
<
Məqalənin reytinqi:
|
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.