• Rus Dili
  • Reklam
    » » “Afrin əməliyyatı İŞİD ilə mübarizədən diqqəti yayındıracaq” – Pentaqon rəsmisindən ikiüzlü açıqlama
    

    “Afrin əməliyyatı İŞİD ilə mübarizədən diqqəti yayındıracaq” – Pentaqon rəsmisindən ikiüzlü açıqlama

    23-01-2018, 11:04
    Oxunub: 100
    Şərhlər: 0
    Çap versiyası
    “Afrin əməliyyatı İŞİD ilə mübarizədən diqqəti yayındıracaq” – Pentaqon rəsmisindən ikiüzlü açıqlama


    ABŞ Müdafiə Nazirliyinin rəsmiləri Afrindəki vəziyyətlə yanaşı bir çox təhlükəsizlik məsələlərinin müzakirəsi üçün Ankaraya gəliblər.

    Avropa.info xəbər verir ki, Anadolu Agentliyinə müsahibə verən Pentaqon rəsmisi mayor Adrian Ranki Qallovey yüksəkvəzifəli amerikalı hərbçiləri Türkiyə-Suriya sərhədində gərginliyi azaltmaq məqsədilə türk həmkarları ilə görüşdüklərini bildiriblər.

    “Türkiyənin özünümüdafiəsi ilə bağlı narahatlıqlarını ciddiyə alırıq. NATO müttəfiqimiz, İŞİD və terror təşkilatları ilə mübarizə ortağımız Türkiyə ilə birlikdə işləməyə sadiqik. ABŞ tərəfindən də terror təşkilatı kimi tanınan PKK-nın Türkiyənin təhlükəsizliyinə təhdid təşkil etməsi məsələsində Türkiyə ilə zatən yaxından əməkdaşlıq edirik” – Qallovey belə deyib.

    TSQ-nın Afrində PYD/PKK ünsürlərinə qarşı apardığı “Zeytun budağı” əməliyyatı məsələsində narahatlıqlarının olduğunu və tərəflərə İŞİD-ə qarşı birləşmək çağırışı edən Qallovey “PKK-nın müttəfiqimiz Türkiyəyə qarşı hücumlarını qəbul etməyəcəyik”, deyib.

    Qalloveyin fikrinə görə, Afrindəki PYD/PKK ünsürləri İŞİD-ə qarşı koalisiyanın ortaqları deyil, lakin Türkiyənin Afrin əməliyyatı İŞİD ilə mübarizədən diqqəti yayındıracaq və “mülki əhalinin ölümü ilə qaçqın axınına” səbəb olacaq.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.