Hollandiya qırıcıları ilk dəfə Suriyada İŞİD-i bombaladı![]() Suriyadakı terrorçulara qarşı endirilən hava zərbələrinə Hollandiyanın F16 qırıcı təyyarələri də qoşulub. Musavat.com xəbər verir ki, bu barədə məlumat TASS agentliyində yer alıb. Məlumata görə, hava zərbələrində İordaniyada yerləşdirilən dörd qırıcı iştirak edib. Daha iki qırıcı isə ehtiyatda saxlanılır. Hollandiya beynəlxalq koalisiyanın tərkibində 2014-cü ildən İŞİD-ə qarşı mübarizə aparır. Lakin İŞİD-ə qarşı bütün əməliyyatlar İraq ərazisində yerinə yetirilirdi. Yanvar ayından Hollandiya hökuməti bu missiyanın Suriya ərazisində də yerinə yetirilməsi haqda qərar qəbul edib. Aygün SƏFƏRLİ
<
Məqalənin reytinqi:
|
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.