Türkiyə Afrində quru əməliyyatına başladı![]() Türkiyə Silahlı Qüvvələri (TSQ) bu gün Suriyanın Afrin bölgəsində quru əməliyyatına başlayıb. Tanklar və digər zirehli döyüş texnikaları, əsgər heyəti Hatay bölgəsindən Afrinə iki istiqamətdə daxil olub. Quru əməliyyatında Azad Suriya Ordusu da iştirak edir. Qeyd edək ki, ötən gün Türkiyə Silahlı Qüvvələrinin Baş qərargahı Suriyanın Afrin bölgəsində əməliyyata başladığını elan edib. Əməliyyat yerli vaxtla saat 18:00-da start götürüb. “Zeytun budağı” adlandırılan antiterror əməliyyatının ilk saatlarında havaya qaldırılan 72 təyyarə müəyyən olunmuş 113 terror hədəfindən 108-ni vurub. azvision.az
<
Məqalənin reytinqi:
|
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.