• Rus Dili
  • Reklam
    » » Röya: "Biznesimi böhrandan əvvəl qurmuşam"
    

    Röya: "Biznesimi böhrandan əvvəl qurmuşam"

    18-02-2016, 02:16
    Oxunub: 1 031
    Şərhlər: 0
    Çap versiyası
    Röya: "Biznesimi böhrandan əvvəl qurmuşam"

    Əməkdar artist Röya Ayxan yeni biznesindən danışıb.

    Musavat.com xəbər verir ki, qatıldığı xeyriyyə konsertində jurnalistlərin suallarını cavablandıran sənətçi yeni açdığı moda evindən bəhs edib:

    "Moda evimin açılışına dünyanın tanınmış modeli gələcək və simamız olacaq. Adını indi açıqlamayacağam. 12 ildir konsert kostyumlarımı hazırlayan Sevda xanıma işbirliyi təklif etdim, o da razılaşdı. Həm mağazaları gəzib geyim seçməyə vaxtım yoxdur, həm də geyimlərin qiymətləri bahadır. Ölkəmiz də bahalıdır. Ona görə də moda evi açmaq qərarına gəldim. Onu da qeyd edim ki, moda evini böhrandan əvvəl açmışam. Oranın mövcudluğu mənim üçün rahatlıqdır. Modelyerlərə iki gün əvvəl dedim ki, cins karset istəyirəm. Onlar da istədiyimi tikib verdilər. Moda evimdə qiymətlər yüksək olmayacaq".

    Müğənni yeni "Doldur ürəyimi" mahnısından da söhbət açıb: ""Doldur ürəyimi" mahnısı ilə insanların ürəyini qazandığımı düşünürəm. Çox vaxt musiqilərlə bağlı narazılıq edirik. Amma bilməliyik ki, hər dövrün öz mahnısı var. Biz inkişaf etmək istəmirik. Düşünürəm ki, mən dövrün qanını, canını tuta bilmişəm. Yeniliklər etməyə davam edəcəyəm. Məni şou-biznesə təqdim edən bəstəkarın mahnılarını oxuyacağam".скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.