• Rus Dili
  • Reklam
    » » Almanlar təlaş içində : Türkiyənin Afrin əməliyyatı PKK/PYD-nin Rojova röyasının sonu olur
    

    Almanlar təlaş içində : Türkiyənin Afrin əməliyyatı PKK/PYD-nin Rojova röyasının sonu olur

    16-01-2018, 14:00
    Oxunub: 220
    Şərhlər: 0
    Çap versiyası
    Almanlar təlaş içində : Türkiyənin Afrin əməliyyatı PKK/PYD-nin Rojova röyasının sonu olur


    Türkiyənin ehtimal edilən Afrin əməliyyatı çoxlu sayda PKK dəstəkçisinin yaşadığı Almaniyada da gündəm oldu.

    Avropa.info xəbər verir ki, alman mətbuatında bununla bağlı çoxlu sayda şərhlər yazılıb.

    Almaniyada nəşr olunan “Nürnberger Zeitung” qəzeti ehtimal olunan Afrin əməliyyatı haqda bunları yazıb.

    “Ərdoğanın yeni çıxışı PYD/YPG-nin nəzarəti altındakı Afrin bölgəsi ilə bağlıdır. Türkiyənin buradakı hərbi əməliyyatı uğurla nəticələnsə, bu, Türkiyə sərhədinin qarşısındakı Rojavada bir kürd dövləti yaratmaq yuxusunun sonu mənasına gəlir. Həmçinin Türkiyənin eyni Kobanidə olduğu kimi Afrindən də çəkilməyəcəyi şübhə doğur. Hətta bəzi proqnozlara görə bəlkə də, Ərdoğan kürd məsələsini kökündən həll etmək üçün bu bölgələri Türkiyə ərazisinə daxil etmək istəyəcək.”

    Almaniyanın “Frankfurter Rundschau” qəzeti də Afrində PKK/PYD terror təşkilatına qarşı baş verə biləcək əməliyyatdan təlaşla yazıb:

    “Türkiyə Suriyadakı kürdləri (terror təşkilatı PKK/PYD nəzərdə tutulur: avropa.info) hərbi əməliyyat keçirməklə təhdid edir. ABŞ isə Suriyanın Türkiyə ilə sərhədində içində PYD/YPG-nin də olduğu hərbi gücü orada yerləşdirməyə çalışır. Rusiya bu üzdən ABŞ-a Suriyanı parçalamaq ittihamı irəli sürür, lakin Türkiyənin Suriyaya mümkün hücumuna qarşı necə reaksiya verəcəyini hələ açıqlamır. Suriya bölündüyü təqdirdə bölgənin problemləri həll edilmiş ola bilməz. Regionda müharibəyə bilvasitə olaraq daxil olan qüvvələr masaya oturmadığı müddətcə bölgədə müharibə davam edəcəkdir. Göründüyü kimi bu vəziyyət illərlə belə davam edə bilər”.

    Avropa.infoскачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.