• Rus Dili
  • Reklam
    » » "Qarabağ" Türkiyəyə yola düşdü
    

    "Qarabağ" Türkiyəyə yola düşdü

    9-01-2018, 09:32
    Oxunub: 139
    Şərhlər: 0
    Çap versiyası
    "Qarabağ" Türkiyəyə yola düşdü"Qarabağ" komandası təlim-məşq toplanışı üçün Türkiyəyə yola düşüb.

    Antalya bölgəsində hazırlıq keçəcək Azərbaycan təmsilçi səhər saatlarında Heydər Əliyev adına Beynəlxalq Hava Limanından səfərə çıxıb.

    Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv toplanış dönəmində 6 yoxlama oyununda qüvvəsini sınayacaq. İlk matçını yanvarın 17-si Rusiya "Kuban"ına qarşı keçirəcək “Qarabağ” bundan 3 gün sonra Polşanın "Lexiya" komandası ilə üz-üzə gələcək.

    Yanvarın 25-nə iki oyun planlaşdırılıb. Son çempion öncə Makedoniyanın "Şkupi", ardınca Ukraynanın "Mariupol" klubu ilə qarşılaşacaq. Ayın 29-da Bosniya və Hersoqovina təmsilçisi "Sarayevo" ilə qüvvəsini sınayacaq ağdamlılar son oyunlarını fevralın 3-də Monteneqronun "Mladost" komandasına qarşı keçirəcəklər.

    Qeyd edək ki, “Qarabağ” fasiləyə “qış çempionu” kimi yollanıb. Ağdam klubu Premyer Liqanın geridə qalan 14 turundan sonra 37 xalla 1-ci pillədə qərarlaşıb və ən yaxın izləyicisi “Qəbələ”ni 6 xal qabaqlayır.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.