Vitse-spikerin namizədliyi yeni vəzifəyə irəli sürülüb![]() Azərbaycan Milli Məclisinin birinci vitse-spikeri Ziyafət Əsgərovun namizədliyi Məhkəmə-Hüquq Şurasının (MHŞ) üzvlüyünə irəli sürülüb.
Milli Məclisdən verilən məlumata görə, bu barədə parlamentin hazırladığı qərar layihəsində bildirilir. Qərar layihəsində deyilir: ““Məhkəmə-Hüquq Şurası haqqında” qanunun 6.2.4-cü maddəsinə uyğun olaraq Milli Məclis qərara alır: Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Milli Məclis sədrinin birinci müavini, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Abbas oğlu Əsgərov Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının üzvü təyin edilsin”. Qərar layihəsi parlamentin fevralın 23-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq. Qeyd edək ki, MM-in Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bir müddət əvvəl MHŞ üzvlüyündən çıxdığı üçün həmn yer boş qalıb./apa/
<
Məqalənin reytinqi:
|
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.