Afrində əməliyyat üçün türk ordusuna “hazır ol” təlimatı verildi![]() “Fərat Qalxanı” əməliyyatı ilə İŞİD-in regiondan təmizlənməsindən sonra sərhəd xəttində yerləşdirilmiş türk hərbçilərinə Afrində YPG-yə qarşı əməliyyata başlamaları üçün “hazır ol” təlimatı verilib. Avropa.info xəbər verir ki, zirehli birləşmələrin ön planda olacağı əməliyyatdan əvvəl Afrin-İdlib sərhədində strateji əhəmiyyəti olan 3 təpədən nəzarət postları qurulub. 9 təpədə də postların qurulması üçün iş aparılır. Türkiyə uzun müddətdir Afrində aparılacaq əməliyyat üçün sərhəddə hava və quru qüvvələrini döyüşə hazırlayır. Ancaq Ankarada komandirlərin ard-arda keçirdiyi iclaslardan sonra sərhəddə hərbi fəallıq başlayıb. Hərbi mənbələrdən alınan məlumata görə, Afrin əməliyyatı üçün zirehli texnika hazır vəziyyətə gətirilib.
<
Məqalənin reytinqi:
|
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.