• Rus Dili
  • Reklam
    » » Səudiyyə Ərəbistanı ABŞ-ı Qüds barədə qərarına yenidən baxmağa çağırıb
    

    Səudiyyə Ərəbistanı ABŞ-ı Qüds barədə qərarına yenidən baxmağa çağırıb

    10-12-2017, 12:27
    Oxunub: 192
    Şərhlər: 0
    Çap versiyası
     Səudiyyə Ərəbistanı ABŞ-ı Qüds barədə qərarına yenidən baxmağa çağırıb


    Səudiyyə Ərəbistanının xarici işlər naziri Adel əl-Cubeyr ABŞ-ı Qüdsün İsrailin paytaxtı kimi tanınması və Amerika səfirliyinin bu şəhərinə köçürülməsi barədə qərarına yenidən baxmağa çağırıb.

    Avropa.info xəbər verir ki, nazir bunu Ərəb Dövlətləri Liqası XİN başçılarının Qahirədə keçirilən iclasında bəyan edib. O deyib ki, bütün dünya ictimaiyyəti Fələstin probleminin həlli istiqamətində səyləri fəallaşdırmalıdır.

    Xatırladaq ki, Səudiyyə Ərəbistanı Yaxın Şərqdə ABŞ-ın ən yaxın iqtisadi, hərbi və siyasi tərəfdarlarından biridir.

    ABŞ Prezidenti Donald Tramp ötən çərşənbə günü Qüdsün İsrailin paytaxtı kimi tanınması barədə bəyanatla çıxış edib. Ağ evin başçısı, həmçinin Amerika səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsi üçün Dövlət Departamentinə göstəriş verib. Regionda vəziyyəti gərginləşdirən bu addım bir çox dövlət başçıları, dini liderlər və beynəlxalq təşkilatlar tərəfindən etirazla qarşılanıb.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.