• Rus Dili
  • Reklam
    » » “Trampın qərarı İsrailin də maraqlarına ziddir”- politoloq
    

    “Trampın qərarı İsrailin də maraqlarına ziddir”- politoloq

    7-12-2017, 20:08
    Oxunub: 231
    Şərhlər: 0
    Çap versiyası
    “Trampın qərarı İsrailin də maraqlarına ziddir”- politoloqABŞ prezidenti Donald Trampın Qüdslə bağlı qərarı ətrafında müzakirələr davam edir.

    Politoloq Elxan Şahinoğlu musavat. com-un müxbiri ilə söhbətində vəziyyəti dəyərləndirərkən dedi ki, ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailini paytaxtı kimi tanıması bir neçə səbəbdən təhlükə yaradır: “Birincisi, bu qərar müsəlman ölkələrində qəzəblə qarşılanıb. Hətta Amerikanın bölgədəki ərəb müttəfiqləri və tərəfdaşları da Vaşinqtonun qərarından narazıdırlar. Əlbəttə, Səudiyyə Ərəbistanı və ya Qətər bu qərara görə Vaşinqtonla münasibətlərə yenidən baxmayacaqlar, ancaq bu ölkələrin özündəki ictimai rəydə amerikan əleyhdarlığı artacaq. ABŞ illərdir İsraillə yanaşı Fələstin rəhbərliyi ilə dialoq qurur, fikir mübadiləsi aparırdı. İndi bu dialoqu davam etdirmək Vaşinqton üçün çətinləşəcək. Fələstin muxtariyyətinin lideri ölkəsindəki anti-Amerika əhval-ruhiyyəsi ilə hesablaşmaq məcburiyyətində qalacaq. Qüdsün İsrailin paytaxtı elan etməsi ABŞ-Türkiyə münasibətlərini bir az daha gərginləşdirəcək. Onsuz da bu münasibətlərdə son illərdə soyuqluq var, bu qərar vəziyyəti daha da mürəkkəbləşdirəcək.

    İkincisi, Donald Trampın qərarı Amerika və İsrailin maraqlarına da ziddir. Amerikadan başqa heç bir dövlət səfirliyini Qüdsə köçürməyəcək. Vaşinqton illərdir Yaxın Şərqdə dəyişikliklərə və terrorizmlə mübarizəyə çalışır. Ancaq Vaşinqton Qüdsü paytaxt elan etməklə Yaxın Şərqdəki nizamsızlığı bir az daha artıracaq. İsrail isə onsuz gərgin olan qonşuları ilə münasibətləri bir az daha gərginləşdirmiş olacaq. Sadəcə, Trampın seçki öncəsi yəhudi lobbisinə verdiyi vəd var idi və o vədini yerinə yetirdi”.

    Politoloq rəsmi Bakının ehtiyatlı reaksiyasına da toxundu: “Azərbaycanın İsraillə sıx tərəfdaşlıq münasibətləri var. Ona görə də rəsmi Bakı Trampın qərarına Ankara qədər sərt reaksiya vermədi. Azərbaycan Xarici İşlər Nazirliyinin açıqlamasında bildirildi ki, Azərbaycan İsrail-Fələstin münaqişəsinin sülh yolu ilə həllini dəstəkləyir. Açıqlamada bir başqa fikir ondan ibarət idi ki, Azərbaycan şərqi Yerusəlim Fələstin dövlətinin paytaxtı olmaqla məsələnin iki dövlət əsasında həllinin tərəfdarıdır. Qısa açıqlamanın heç bir yerində deyilmir ki, rəsmi Bakı Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımasını pisləyir. Belə baxanda heç Azərbaycanın İsraildə səfirliyi də yoxdur. Ona görə də rəsmi Bakı yaranan problemdən özünü kənar saxlamağa çalışır. İsrail rəsmiləri üçün paytaxt həmişə Qüds olub. Hətta mən yazılarımda və analizlərimdə “rəsmi Tel Aviv” yazanda israilli diplomatlar mənə zəng edər narazılıqlarını bildirərlər. Bu onların hüququdur. Mənim də hüququm beynəlxalq aləmin qəbul etdiyi qətnamələrə riayət etmək və Amerikadan başqa bütün dövlətlərin qəbul etdiyi paytaxtın adını çəkməkdir”.

    musavat.comскачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.