“ABŞ-ın planı regiona sülh və stabillik yerinə xaos gətirəcək” – Mövlud Çavuşoğlu![]() ABŞ hakimiyyətinin Qüdsü İsrailin paytaxtı elan etməsinə dair plan regiona sülh və stabillik yerinə xaos gətirəcək. Avropa.info xəbər verir ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NATO xarici işlər nazirlərinin sammitində ABŞ dövlət katibi Reks Tillersonla görüşündən əvvəl bu açıqlama ilə çıxış edib. “ABŞ-ın Qüdsü İsrailin paytaxtı elan etməsi planı haqqında nə fikirləşirsiniz?” sualına Çavuşoğlu “Bu böyük səhv olacaq. Regiona stabillik və sülh yerinə xaos gətirəcək. Türkiyənin mövqeyi məlumdur”, deyib. Çavuşoğlunun bu addıma qarşı təkcə müsəlman dünyasının deyil, bütün dünyanın qarşı çıxdığını bildirib. Qeyd edək ki, Ağ Ev mətbuat katibi Sara Sanders Trampın ABŞ-ın Tel-Əvivdəki səfirliyini Qüdsə köçürməsi barədə təlimatı bu gün verəcəyini açıqlamışdı.
<
Məqalənin reytinqi:
|
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.