Rəsmi Ankaradan ABŞ-a xəbərdarlıq: “Bu, yeni gərginlik və qarşıdurmalara səbəb olacaq”![]() Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın ABŞ-ın Qüdsü İsrailin paytaxtı olaraq tanıyacağı yöndündəki iddialarla bağlı danışıb. Avropa.info xəbər verir ki, İbrahim Kalın “Twitter”dən ABŞ-ın İsrailin paytaxtı Qüds olaraq tanıyacağı xəbərlərinə etiraz edib. “ABŞ hakimiyyətinin Qüdsü İsrailin paytaxtı olaraq tanıyacağı xəbərləri son dərəcə əndişə edicidir. Bu, Qüdsün dini və tarixi statusuna, beynəlxalq razılaşmalar və BMT-nin qərarlarına tamamilə ziddir. Belə bir addım əslində, həssas olan Yaxın Şərq sülh prosesini aradan qaldıracaq və yeni gərginlik və qarşıdurmalara səbəb olacaq. ABŞ hakimiyyətinin bu dəhşətli xətanı etməyəcəyini ümid edirik. Qüdsün və Hərəmi-şərifin statusunun qorunması həyatı əhəmiyyətə malikdir”, – deyə prezident sözçüsü qeyd edib.
<
Məqalənin reytinqi:
|
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.