• Rus Dili
  • Reklam
    » » Ərdoğanın Gəncə səfəri təxirə düşdü
    

    Ərdoğanın Gəncə səfəri təxirə düşdü

    17-02-2016, 17:07
    Oxunub: 682
    Şərhlər: 0
    Çap versiyası
    Ərdoğanın Gəncə səfəri təxirə düşdü
    Hava şərtləri ilə əlaqədar olaraq, Türkiyə Prezidentinin təyyarəsi sabah birbaşa Bakıya eniş edəcək

    Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın fevralın 18-də Azərbaycanın Gəncə şəhərinə planlaşdırılan səfəri təxirə salınıb. Türkiyənin Azərbaycandakı səfirliyindən Sputnik-ə verilən məlumata görə, hava şərtləri ilə əlaqədar olaraq, Rəcəb Tayyib Ərdoğanın təyyarəsi birbaşa Bakıya eniş edəcək.

    Sabah Azərbaycanda Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası olacaq. Ərdoğan da bu iclasa qatılmaq üçün Azərbaycana gəlir.

    Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, fevralın 18-dən 19-u gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, güclü şimal-qərb küləyinin əsəcəyi gözlənilir. Paytaxt və yarımadada temperatur 4-7 dərəcə aşağı enəcək.

    Bakıda və Abşeron yarımadasında fevralın 18-dən 19-u gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, güclü şimal-qərb küləyinin əsəcəyi gözlənilir. Sputnik Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, sabah və birisigün paytaxt və yarımadada temperatur 4-7 dərəcə aşağı enəcək.

    Azərbaycanın rayonlarında fevralın 18-dən 19-u gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Temperatur 5-8 dərəcə aşağı enəcək.
    скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.