• Rus Dili
  • Reklam
    » » Siyasi partiyaların ilin son iki ayı üçün planları...
    

    Siyasi partiyaların ilin son iki ayı üçün planları...

    9-11-2017, 21:32
    Oxunub: 188
    Şərhlər: 0
    Çap versiyası
    Siyasi partiyaların ilin son iki ayı üçün planları...

    Təşkilat təmsilçiləri yaxın planlarını açıqladılar

    Payızın sonuncu ayıdır. Payızın ilk iki ayında Milli Şuranın keçirdiyi üç mitinqi və Müsavat Partiyasının ötən həftə keçirdiyi razılaşdırılmamış piketi çıxsaq ölkədə müxalif siyasi partiyaların hər hansı bir ciddi hərəkətliliyi müşahidə olunmayıb. Son bir neçə ildir yaşanan süstlük davam edir. İlin son iki ayında necə olacağı, partiyaların gündəmində, planında nələrin nəzərdə tutulduğunu araşdırdıq.

    Siyasi partiyaların ilin son iki ayı üçün planları...
    AĞ Partiya başqanının birinci müavini Əhəd Məmmədli isə qeyd etdi ki, AĞ Partiya təşkilatlanma, təbliğat işləri və gələn il keçiriləcək prezident seçkilərinə hazırlıq istiqamətində başlatdığı işləri qarşıdakı dönəmdə də davam etdirəcək: “AĞ Partiyanın 2018-ci ildə prezident seçkilərində öz namizədi olacaq və bu namizəd partiyanın başqanı Tural Abbaslı olacaq. Siyahılar hazırlanır. Üzvlər, rayonlar arasında imza toplamaq üçün bölgülər aparılır. Bundan əlavə AĞ Partiyanın elektoral bazası qurulmaqdadır. Bildiyiniz kimi AĞ Partiya ənənələrə söykənən bir ideoloji partiyadır. Və ölkəmizin əsas təbəqəsi olan mühafizəkar əhali arasında AĞ Partiyanın təbliğatı gedir. Bu prosesin prezident seçkilərinə qədər tamamlanmasını hədəfləmişik. Üstəlik AĞ Partiyanın xarici əlaqələri də qurulmaqdadır. AĞ Partiyanın rəhbər heyətinin xaricə səfəri də gözlənilir”.
    Siyasi partiyaların ilin son iki ayı üçün planları...
    VİP sədri Əli Əliyev bildirdi ki, partiyadaxili işləri seçkilərə hesablanıb. Seçkiyə qədər olan dövrdə əsas vəzifə seçkidən törəyən işləri sistemləşdirmək, onlara hazırlaşmaqdır: “Təbii ki, cari məsələlər də diqqətimizdədir. Seçkini şərtləndirən amillər bizim iradəmizdən kənarda baş verir. Azərbaycan yeni və çox məsuliyyətli mərhələyə qədəm qoyub. Avropa Şurası ilə münasibətlərdə ciddi gərginlik yaşanır. Bu ay prezident Əliyevin Avropa Birliyi ilə əməkdaşlıq çərçivəsində Brüsselə səfəri baş tutacaq. Faktiki Azərbaycan-AB münasibətlərinin müqəddəratına aydınlıq gəlməlidir. Azərbaycan-Qərb münasibətlərində gərginlik var. Ölkə daxilində artan hərarət hər addımda nəzərə çarpır. Bu və digər bir sıra məqamlar ciddi faktorlardır.
    Siyasi partiyaların ilin son iki ayı üçün planları...
    Ümid Partiyası sədrinin müavini Tamilla Qulami də bildirdi ki, ümumiyyətlə partiya olaraq əsas iş təşkilatlanmadan ibarətdir: “Sevindirici haldır ki, son zamanlarda sıralarımıza yeni gənclərin qatılması prosesi artıb. Həftəiçi müavinlərlə toplantılarımız baş tutur, yol xəritəmiz, fəaliyyət planımız müzakirə olunur, qurultaya hazırlıq işləri sürətləndirilir. Yeni qatılan gənclərlə işləyirik. Onların siyasi proseslərdə aktiv fəaliyyətləri, hər birində liderlik keyfiyyətlərinin formalaşdırılması, siyasi fəal olmaları üçün partiya sədri və müavinlərlə görüşlər təyin edir, mühazirələr keçirik. Gənclərimizi xərcləməmək əsas məqsədlərimizdən biridir. Partiyamızın bundan sonrakı fəaliyyətində də tutduğumuz siyasi xətti yürütməkdə davam etmək əsas məqsədlərimizdir. Ölkədəki ictimai-siyasi prosesləri hər gün dəyərləndiririk. İlin son iki ayı ərzində də istiqamətimiz qurultaya hazırlıq yönündədir. Partiyanın gündəmində mitinq keçirmək yoxdur”.

    Etibar Seyidağa
    musavat.comскачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.