• Rus Dili
  • Reklam
    » » Türkiyənin bələdiyyə sədrləri Azərbaycana gəlir
    

    Türkiyənin bələdiyyə sədrləri Azərbaycana gəlir

    2-11-2017, 19:35
    Oxunub: 204
    Şərhlər: 0
    Çap versiyası
    Türkiyənin bələdiyyə sədrləri Azərbaycana gəlir

    Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü və dəvəti ilə Çukurova Bələdiyyələr Birliyinə üzv bələdiyyə rəhbərlərindən ibarət 29 nəfərlik nümayəndə heyəti noyabrın 5-dən 9-dək Azərbaycanda işgüzar səfərdə olacaq.

    Komitədən Axar.az-a verilən məlumatda qeyd edilib ki, səfərin məqsədi yerli bələdiyyələr və özünüidaretmə orqanları ilə ikitərəfli əməkdaşlıq əlaqələri yaratmaq, turizm, ətraf mühit, infrastruktur, mədəni və tarixi abidələrin mühafizəsi sahəsində təcrübə mübadiləsi təşkil etmək, Türkiyə ilə Azərbaycan arasındakı mövcud dostluq, qardaşlıq və həmrəylik əlaqələrini daha da möhkəmləndirməkdir.

    Nümayəndə heyətinin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə də səfəri planlaşdırılır.

    Azərbaycana səfər çərçivəsində ümummilli lider Heydər Əliyevin abidə kompleksinin, Şəhidlər Xiyabanı və Bakıdakı Türk Şəhidliyinin ziyarəti və Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyində görüşün keçirilməsi planlaşdırılır.

    Bundan başqa, Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyası ilə Çukurova Bələdiyyələr Birliyi arasında əməkdaşlığa dair niyyət protokolunun imzalanması da nəzərdə tutulur.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.